Müsahibə əsasında
Vakansiya haqqında
Müəssisə: Bakı Qida və Yağ Fabriki MMC
Vəzifə öhdəlikləri:
- İstehsal, keyfiyyətə nəzarət, laboratoriya, anbar və texniki şöbələrlə koordinasiyalı işləmək;
- Növbəni qaydalara uyğun təhvil almaq və təhvil vermək, istehsal prosesini və texnoloji göstəriciləri nəzarətdə saxlamaq;
- Avadanlıq, nasos və ölçü cihazlarının işlək vəziyyətini yoxlamaq, yaranan texniki problemlərlə bağlı aidiyyəti əməkdaşları məlumatlandırmaq;
- İstehsal prosesində uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və zəruri hallarda prosesi dayandırmaq;
- Tabeliyində olan əməkdaşların iş bölgüsünü təşkil etmək və onların vəzifə təlimatlarına uyğun fəaliyyətinə nəzarət etmək;
- Məhsul, xammal, qatqı maddələri və sərf materialları üzrə müvafiq qeydiyyat və nəzarəti aparmaq;
- İstehsal parametrlərini avtomatlaşdırma sistemi vasitəsilə izləmək və normadan kənarlaşmalara operativ reaksiya vermək;
- Məhsullar üzrə dequstasiya və keyfiyyət yoxlamalarının aparılmasını təmin etmək;
- İstehsal sahələrində təmizlik, yuma və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək;
- İstehsalın plana uyğun, minimum itki ilə və təhlükəsizlik tələblərinə riayət etməklə həyata keçirilməsini təmin etmək;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və fərdi mühafizə vasitələrindən istifadə qaydalarına əməl etmək;
- Sahə rəisi olmadığı hallarda onu əvəz etmək.
Texniki və nəzəri biliklər
- İstehsal proseslərini və texnoloji sxemləri oxumaq və təhlil etmək bacarığı;
- Mayonez, ketçup və sous məhsullarının hazırlanması və dolum texnologiyası üzrə bilik;
- İstehsal göstəricilərinin, sərfiyyatın və performansın hesablanması və izlənilməsi bacarığı;
- İstehsal avadanlıqları, PLC, avtomatik, pnevmatik və hidravlik sistemlər üzrə baza bilikləri;
- Məhsulun keyfiyyət göstəricilərini və istehsal parametrlərini qiymətləndirmək bacarığı;
- Xammal, material və hazır məhsulların uçotu və istehsal planına uyğun idarə olunması üzrə bilik;
- Məhsulların orqanoleptik qiymətləndirilməsi və dequstasiya bacarığı;
- Qida təhlükəsizliyi, sanitariya, əməyin mühafizəsi və istehsal təhlükəsizliyi qaydalarını bilmək;
- Təhlükəli və kimyəvi maddələrlə işləmə qaydaları üzrə bilik.
Biz nə təklif edirik
- İş yeri: Sumqayıt şəhəri, Bakı Qida və Yağ Fabriki MMC / İstehsalat;
- İş qrafiki: 3 növbəli iş rejimi — 07:00–15:00, 15:00–23:00, 23:00–07:00;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Servis xidməti: Şirkət tərəfindən təmin olunur;
- Əməkhaqqı: Namizədin təcrübə və ixtisas səviyyəsinə uyğun rəqabətqabiliyyətli əməkhaqqı;
- İş mühiti: Regionun aparıcı FMCG şirkətlərindən birində dinamik, peşəkar və inkişafyönümlü korporativ mühit.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Elektronika mühəndisi
ALLSMART TECHNOLOGIES MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
U
Bugün
Xərclərə nəzarət üzrə aparıcı mühəndis
Uni Ko QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
U
Bugün
Tender üzrə aparıcı mühəndis
Uni Ko QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Baş Texnoloq / Pivə İstehsalı Texnoloqu
CASPİYA • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
K
Dünən
Workpack Engineer
Khazar Engineering • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Dünən
Senior Construction Engineer
Khazar Engineering • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et