S

SCORE COLLEGE MMC

Son tarix: 12 Oktyabr 2026

İcraçı direktor

İnzibati İşlərBakıTam Ştat12 Sentyabr 202684

Vakansiya haqqında

Akademik direktor vakansiyası

Score College olaraq tədris prosesinin idarə olunması, müəllim heyətinin koordinasiyası və akademik keyfiyyətin təmin edilməsi üzrə Akademik direktor axtarırıq.

Vəzifə öhdəlikləri

* Kursun akademik fəaliyyətinin ümumi idarə olunması;
* Tədris proqramlarının hazırlanması, yenilənməsi və icrasına nəzarət;
* Müəllimlərin seçilməsi, adaptasiyası, koordinasiyası və fəaliyyətinin qiymətləndirilməsi;
* Müəllimlərin dərs cədvəllərinin və iş bölgüsünün hazırlanması;
* Dərslərin keyfiyyətinə nəzarət və mütəmadi dərs müşahidələrinin aparılması;
* Müəllimlərlə bağlı yaranan problemlərin araşdırılması və həll edilməsi;
* Tələbə və valideynlərdən daxil olan akademik müraciətlərin cavablandırılması;
* Tələbələrin davamiyyət, nəticə və inkişaf göstəricilərinin izlənilməsi;
* Sınaq imtahanlarının, qiymətləndirmələrin və akademik tədbirlərin təşkili;
* Müəllimlər üçün təlim və inkişaf proqramlarının hazırlanması;
* Akademik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
* Tədris şöbəsi ilə administrativ və satış komandası arasında koordinasiyanın təmin edilməsi;
* Kursun akademik standartlarının və daxili qaydalarının qorunması;
* Tədris prosesində yaranan operativ problemlərin vaxtında həll edilməsi.

Namizədə tələblər

* Təhsil, pedaqogika, filologiya və ya əlaqəli sahə üzrə ali təhsil;
* Təhsil sektorunda, xüsusilə kurs və ya tədris mərkəzində iş təcrübəsi;
* Akademik idarəetmə və müəllim koordinasiyası üzrə təcrübə;
* Müəllimlərin işinə nəzarət və düzgün rəy bildirmək bacarığı;
* Güclü təşkilatçılıq və liderlik qabiliyyəti;
* Problem həll etmə və qərarvermə bacarığı;
* Tələbə və valideynlərlə düzgün ünsiyyət qurmaq bacarığı;
* MS Office və Google Workspace proqramlarından istifadə bacarığı;
* Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
* İngilis dili mütləqdir
* Təhsil proqramları və qiymətləndirmə sistemi haqqında anlayış.

İş şərtləri

* Rəsmi əmək müqaviləsi;
* Aylıq sabit əməkhaqqı;
* İş nəticələrinə və müəyyən edilmiş KPI göstəricilərinə əsasən bonus sistemi;
* Peşəkar inkişaf və karyera imkanı;
 

Maraqlanan namizədlər CV-lərini  [email protected] ünvanına “Akademik direktor” başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiyalar