T
TAİS İKF
Steward (Təmizlik işçisi)
Müsahibə əsasında
Vakansiya haqqında
Satış obyektlərimizə “Steward (Təmizlik işçisi)” vakansiyası üzrə məsuliyyətli və cəld kişi namizəd axtarırıq
Vəzifə öhdəlikləri:
- Qab-qacaq, mətbəx avadanlıqları, inventar və digər yuyula bilən əşyaları müəyyən edilmiş qaydalara uyğun yumaq və dezinfeksiya etmək.
- Təmiz yuyulmuş qab-qacağı qurudaraq müəyyən edilmiş yerlərdə səliqəli şəkildə yerləşdirmək.
- Qabların yuyulması zamanı yuyucu və dezinfeksiyaedici vasitələrdən təlimata uyğun istifadə etmək.
- Qab-qacaq və mətbəx inventarının gigiyenik vəziyyətinə nəzarət etmək.
- Mətbəxin, qab yuma sahəsinin, anbar və digər yardımçı sahələrin təmizliyini təmin etmək. Döşəmə, divar, iş səthləri, rəflər, zibil qabları və digər sahələrin təmizliyində iştirak etmək.
- Mətbəx avadanlıqlarının və inventarının təmizlənməsində aşpazlara və digər mətbəx əməkdaşlarına kömək etmək.
- Tullantıları müəyyən edilmiş qaydalara uyğun toplamaq, çeşidləmək və təyin olunmuş əraziyə çıxarmaq.
- Zibil qablarının vaxtında boşaldılmasını və təmiz saxlanılmasını təmin etmək.
- Qab-qacaq, avadanlıq və inventarda sınıq, çat, nasazlıq və ya digər qüsurlar aşkar etdikdə dərhal məsul şəxsə məlumat vermək.
- Təmizlik vasitələrinin düzgün və təhlükəsiz saxlanılmasını təmin etmək.
- Mətbəx və yardımçı sahələrdə sürüşmə, su sızması, avadanlıq nasazlığı və digər təhlükəli vəziyyətləri dərhal rəhbərliyə bildirmək
Namizədə tələblər:
- Mətbəx və təmizlik işlərində səliqəli və diqqətli olmaq
- İş intizamına və sanitariya-gigiyena qaydalarına riayət etmək
- Komandada işləmək bacarığı
- Məsuliyyətli, punktual və işinə ciddi yanaşmaq
- Restoran və ya mətbəxdə iş təcrübəsi arzuolunandır
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Steward (Təmizlik işçisi)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
E
Bugün
Partnyor – Layihə Meneceri
EZZE Azerbaijan • Bakı
Tam Ştat
500 ₼Müraciət et
G
Dünən
Sahə rəisi
GM Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
Ofis meneceri / Офис-менеджер / Reception
Carlton Travel Assistance • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Dünən
Assistent
Melody Coaching&Consulting • Bakı
Tam Ştat
700 ₼Müraciət et
D
Dünən
Prorab (sahə rəisi)
Deluxe Residence MTK • Bakı
Tam Ştat
2500 ₼Müraciət et
Ö
Dünən
Xadimə
Özəl təşkilat • Bakı
Tam Ştat
500 ₼Müraciət et