P

PASHA Life

Son tarix: 7 Oktyabr 2026

İdarə Heyəti üzvünün köməkçisi

İnzibati İşlərBakıTam Ştat7 Sentyabr 202659

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • İdarə Heyəti üzvünün (CRO/CFO) iş qrafikinin, görüşlərinin, iclaslarının və gündəlik fəaliyyətinin planlaşdırılması və effektiv koordinasiyasının təmin edilməsi;
  • Görüşlərin və iclasların təşkili, gündəliyin hazırlanması, zəruri materialların əvvəlcədən toplanması və iştirakçılara təqdim edilməsi;
  • İdarə Heyəti üzvünün verdiyi tapşırıqların aidiyyəti struktur bölmələrə yönləndirilməsi, icra müddətlərinin izlənilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • İdarə Heyəti üzvünün strateji prioritetləri üzrə əsas fəaliyyətlərin və tapşırıqların icrasının koordinasiyasına dəstək göstərilməsi;
  • Rəhbərlik üçün zəruri məlumat və analitik materialların hazırlanması, aidiyyəti bölmələr üzrə tapşırıqların icrasının izlənilməsi və nəticələrin təqdim edilməsi.
  • Müxtəlif struktur bölmələrindən daxil olan məlumatların konsolidasiya edilməsi, ümumiləşdirilməsi və rəhbərlik üçün strukturlaşdırılmış formada hazırlanması;
  • Rəhbərliyin gündəliyində olan əsas məsələlər, prioritetlər və son icra tarixləri üzrə monitorinqin aparılması və vaxtında məlumatlandırmanın təmin edilməsi;
  • Müxtəlif layihələr və təşəbbüslər üzrə status məlumatlarının hazırlanması və layihələrin icra vəziyyətinin monitorinqinə dəstək göstərilməsi;
  • Zəruri hallarda KPI-lar, əsas biznes göstəriciləri və strateji təşəbbüslər üzrə məlumatların toplanması və rəhbərlik üçün təqdim edilməsi;
  • Daxili və xarici maraqlı tərəflərlə rəsmi yazışmaların, şirkətin struktur bölmələri, rəhbər şəxsləri, tərəfdaşları və digər maraqlı tərəflər arasında operativ kommunikasiya və koordinasiyanın təmin edilməsinə dəstək göstərilməsi;
  • Telefon zənglərinin, e-mail və dəvətlərin qəbul edilməsi, çeşidlənməsi, prioritetləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Yerli və beynəlxalq səfərlərin, ezamiyyətlərin, görüşlərin və işgüzar tədbirlərin planlaşdırılması və təşkilati dəstəyin göstərilməsi;
  • Rəhbərliyin iştirakı ilə keçirilən korporativ, biznes və strateji tədbirlərin təşkilinin koordinasiya edilməsi;
  • Sənədlərin tərcüməsi, redaktəsi, formatlaşdırılması və məlumatların düzgünlüyünün təmin edilməsi;
  • Şirkətdaxili proseslərdə rəhbər tapşırıqlarının koordinasiyası, icrasının monitorinqi və zəruri hallarda gecikmələr və risklər barədə rəhbərliyin məlumatlandırılması;
  • Prioritet məsələlərin müəyyənləşdirilməsinə, təcili məsələlərin vaxtında rəhbərliyin diqqətinə çatdırılmasına və müvafiq eskalasiyanın həyata keçirilməsinə dəstək göstərilməsi;
  • Rəhbərliyin fəaliyyəti ilə bağlı sənədlərin, məlumatların və digər korporativ resursların sistemli şəkildə idarə olunmasının, məxfi məlumatların, kommersiya sirrinin və korporativ sənədlərin konfidensiallığının qorunmasının təmin edilməsi təmin edilməsi;
  • Vəzifə səlahiyyətləri çərçivəsində rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi.

Namizədə olan tələblər:

  • Təhsil: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Təcrübə: Administrativ iş, rəhbər köməkçisi və ya icraedici dəstək, layihələrin idarə olunması, insan resusrları sahəsi üzrə vəzifəsində 1–3 il iş təcrübəsi (korporativ mühit üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst yazı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür)
  • Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
  • Yüksək peşəkarlıq, etik davranış, diskresiya və məxfilik prinsiplərinə sadiqlik

Biz nə təklif edirik:

  • Əməkdaşın və ailə üzvlərinin tibbi sığortası;
  • Korporativ Həyat Sığortası (kritik xəstəlikləri əhatə edən sığorta təminatı);
  • Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
  • Ödənişsiz dayanacaq imkanı;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirimlər.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar