T

TuranBank ASC

Son tarix: 11 Sentyabr 2026

İnformasiya Təhlükəsizliyi üzrə İdarəetmə, Risk və Komplayens mütəxəssisi (GRC)

İnformasiya TexnologiyalarıBakıTam Ştat11 Avqust 202670

Müsahibə əsasında

Vakansiya haqqında

Tələblər:

  • Ali təhsil (İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə);
  • İnformasiya təhlükəsizliyi, risk idarəetməsi və komplayens (GRC) istiqamətində minimum 2-3 illik iş təcrübəsi;
  • ISO/IEC 27001 standartı, İTİS (ISMS) prinsipləri və informasiya təhlükəsizliyi üzrə digər standartlar barədə biliklər;
  • PCI DSS tələbləri və uyğunluq proseslərinə dair biliklər;
  • Risklərin qiymətləndirilməsi və idarə olunması metodologiyaları üzrə praktiki bilik;
  • Daxili/xarici audit proseslərində iştirak təcrübəsi;
  • Təhlükəsizlik siyasəti, prosedur və digər normativ sənədlərin hazırlanması bacarığı;
  • Analitik düşünmə, sənədləşdirmə və hesabat tərtibatı bacarıqları;
  • MS Office proqram təminatından sərbəst istifadə bacarığı;
  • İngilis dilində texniki sənədlərlə iş bacarığı;
  • ISO 27001 Lead Implementer / Lead Auditor, PCI DSS və ya bənzər sertifikatların olması üstünlük hesab olunur.

Vəzifə öhdəlikləri:

  • Təşkilatın İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi (İTİS/ISMS) çərçivəsindəki fəaliyyətlərdə fəal iştirak;
  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, standart və digər normativ sənədlərinin hazırlanması və mütəmadi yenilənməsi;
  • İnformasiya aktivləri üzrə risk qiymətləndirmə proseslərinin aparılması və risk idarəetməsi tədbirlərinə dəstək;
  • ISO/IEC 27001 və digər aidiyyəti standartlara uyğunluğun daim izlənilməsi;
  • PCI DSS uyğunluq tədbirlərinin planlaşdırılması və icra prosesində iştirak;
  • Daxili auditlərin, komplayens yoxlamalarının və nəzarət tədbirlərinin keçirilməsində iştirak;
  • Aşkarlanan uyğunsuzluqların qeydə alınması, düzəldici/qabaqlayıcı tədbirlərin icrasına nəzarət;
  • Təchizatçı və üçüncü tərəflərin informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi prosesinə cəlb olunma;
  • İnformasiya təhlükəsizliyi üzrə maarifləndirici təlim və tədbirlərin təşkilinə yardım;
  • Audit, komplayens və risk idarəetməsi ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Şöbə müdirinin tapşırıqları çərçivəsində əlaqəli digər vəzifələrin icrası.

Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. 

Oxşar vakansiyalar