C
Caspel
Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)
Müsahibə əsasında
Vakansiya haqqında
Caspel Süni intellekt departamentinin komandasına Maşın öyrənməsi üzrə mühəndis axtarılır!
Tələblər
- Kompüter elmləri, riyaziyyat, statistika, süni intellekt və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maşın öyrənməsi və ya data science sahəsində minimum 1 il iş təcrübəsi;
- Güclü riyazi baza — xətti cəbr, ehtimal nəzəriyyəsi, statistika və optimallaşdırma;
- Python və ML kitabxanaları (PyTorch, TensorFlow, scikit-learn) üzrə güclü biliklər;
- Klassik ML alqoritmləri (reqressiya, təsnifat, klasterləşdirmə, ansambl metodları — XGBoost, LightGBM) üzrə təcrübə;
- Dərin öyrənmə arxitekturaları (CNN, RNN, Transformer) üzrə biliklər;
- Məlumatların emalı və feature engineering üzrə təcrübə (Pandas, NumPy, Spark);
- Model qiymətləndirmə metrikaları, cross-validation və eksperiment dizaynı üzrə biliklər;
- MLOps alətləri (MLflow, DVC və s.), model versiyalanması və monitorinqi üzrə biliklər;
- Model serving texnologiyaları (ONNX, TorchServe, Triton və s.) üzrə biliklər;
- SQL və verilənlər bazaları ilə iş təcrübəsi;
- Docker, Linux, Git və bulud platformaları üzrə biliklər;
- Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi.
Öhdəliklər
- Biznes məsələlərinə uyğun ML modellərinin layihələndirilməsi, öyrədilməsi və optimallaşdırılması;
- End-to-end ML pipeline-larının qurulması — məlumatın hazırlanmasından modelin production-a çıxarılmasınadək;
- NLP, Computer Vision və Speech sahələrində dərin öyrənmə modellərinin hazırlanması və tətbiqi;
- Model performansının qiymətləndirilməsi, hyperparameter tuning və modellərin təkmilləşdirilməsi;
- Modellərin production mühitində yerləşdirilməsi və inference proseslərinin optimallaşdırılması;
- Production-dakı modellərin monitorinqi, data drift-in aşkarlanması və modellərin yenidən öyrədilməsi;
- Data mühəndisləri ilə birgə keyfiyyətli dataset-lərin və feature-ların hazırlanması;
- Sahə üzrə elmi yeniliklərin izlənilməsi və müasir metodların layihələrdə tətbiqi;
- Eksperimentlərin sənədləşdirilməsi və nəticələrin komanda ilə bölüşülməsi;
- AI komandasının digər üzvləri ilə sıx əməkdaşlıq.
Şəxsi keyfiyyətlər
- Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı;
- Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik;
- Diqqətlilik və işə keyfiyyətli yanaşma;
- Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti.
Əlavə məlumatlar
- Əmək haqqı: razılaşma yolu ilə;
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.
Oxşar vakansiyalar
B
Bugün
Verilənlər bazasının administrasiyası şöbəsinin mütəxəssisi (DBA)
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Senior IBM ESB Developer / IBM ESB üzrə Baş Proqramçı
PASHA Capital • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Data mühəndisi (Data Engineer)
Caspel • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Süni intellekt üzrə mühəndis (AI Engineer)
Caspel • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
T
Bugün
İnformasiya Təhlükəsizliyi üzrə İdarəetmə, Risk və Komplayens mütəxəssisi (GRC)
TuranBank ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Ödəniş sistemlərinin idarəedilməsi bölməsinin bölmə rəhbəri
Azərbaycan Respublikasının Mərkəzi Bankı • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et