K

Kila Group

Son tarix: 29 Oktyabr 2026

İnşaat Mühəndisi

MühəndislikBakıTam Ştat29 Sentyabr 202657

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkətimizə tikinti və texniki işlərin keyfiyyətinə, layihə və normativ tələblərə uyğun icrasına nəzarət edəcək, işlərin gedişatını izləyəcək və texniki sənədləşməni idarə edəcək təcrübəli və məsuliyyətli İnşaat Mühəndisi tələb olunur.

Vəzifə Öhdəlikləri:

  • Layihə və Smeta İdarəçiliyi: Layihə-smeta sənədlərinin hazırlanması, təhlil edilməsi, yoxlanılması və layihənin smetaya uyğunluğunun təmin edilməsi;
  • Həcm və Qiymətləndirmə: Tikinti materiallarının və görüləcək işlərin həcm hesablamalarının aparılması, həmçinin bazar qiymətlərinə uyğun iş həcmlərinin qiymətləndirilməsi;
  • Podratçıların İdarə Edilməsi: Podratçı və subpodratçı şirkətlərdən gələn təkliflərin qiymətləndirilməsi, müqayisəli cədvəllərin qurulması və onların sahədəki fəaliyyətinin koordinasiyası;
  • Sahə Nəzarəti və Koordinasiya: Tikinti işlərinin layihə, texniki tələb və keyfiyyət standartlarına uyğun aparılmasına nəzarət edilməsi, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasının izlənilməsi;
  • Sənədləşmə və Hesabatlıq: Sahədən gələn hesabatlar əsasında aylıq yerinə yetirilmiş işlərin yoxlanılması, Forma №2 sənədlərinin hazırlanması və rəhbərliyə mütəmadi hesabatların verilməsi;
  • Yazışmalar və Kommunikasiya: Sifarişçi və ya digər aidiyyatı qurumlardan daxil olan rəsmi məktubların cavablandırılması və müraciət məktublarının tərtib edilməsi;
  • Planlama və Problemlərin Həlli: Layihə üzrə iş qrafikinin və büdcənin hazırlanması, icrasına və xərclərinə nəzarət edilməsi, yaranan problemlərin operativ şəkildə həll olunması.

Namizədə Dair Tələblər:

  • Təhsil və Təcrübə: İnşaat mühəndisliyi sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi;
  • Proqram Bilikləri: MS Office (Word, Excel) proqramlarından sərbəst istifadə, AutoCAD və digər mühəndis proqramlarında layihə və çertyojları mükəmməl oxumaq, lazımi düzəlişləri etmək bacarığı;
  • Şəxsi Keyfiyyətlər: Məsuliyyətli, diqqətli, komandada işləmək və problemləri operativ həll etmək bacarığı;
  • Yaş Həddi: 25 - 42 yaş;
  • Cinsi: Bəy namizəd.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar