K
Khazar University Dunya IB School
İnsan Resursları şöbəsinin müdiri
Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə tələblər:
- Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat, İnsan Resurslarının İdarə Edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
- Azərbaycan Respublikasının əmək qanunvericiliyini yüksək səviyyədə bilmək və praktiki tətbiq təcrübəsinə malik olmaq;
- İnsan Resursları sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
- HR/İR idarəetmə sistemləri və müvafiq proqram təminatları ilə işləmək bacarığı;
- SHRM-CP, SHRM-SCP, HRCI, CIPD və ya digər beynəlxalq HR sertifikatlarının olması üstünlükdür;
- Azərbaycan dilini sərbəst bilmək; ingilis və rus dillərini bilmək üstünlükdür;
- Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq bacarıqları;
- Yüksək ünsiyyət, problem həll etmə və qərarvermə bacarıqları;
- Məxfi məlumatlarla işləmək və peşəkar etik prinsiplərə riayət etmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Təşkilatın məqsəd və prioritetlərinə uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
- İR sahəsi üzrə daxili prosedur, qayda və iş proseslərinin hazırlanması, təkmilləşdirilməsi və icrasına nəzarət;
- Əmək münasibətləri və işçi heyəti ilə bağlı sənədləşmənin Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və təşkilatın daxili qaydalarına uyğun aparılmasının təmin edilməsi;
- İşə qəbul, əmək müqavilələrinin rəsmiləşdirilməsi və xitamı, məzuniyyətlər, intizam tədbirləri və digər HR proseslərinin düzgün təşkilinə və icrasına nəzarət;
- İnsan Resursları şöbəsinin gündəlik fəaliyyətinin koordinasiyası və komandanın işinin effektiv təşkili;
- Əmək intizamı ilə bağlı məsələlərin araşdırılmasında iştirak, zəruri izahat, akt və digər sənədlərin hazırlanması prosesinin koordinasiyası;
- İşçilərin peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, təlim və inkişaf tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;
- İşçi məlumatlarının və HR sənədlərinin düzgün, sistemli və məxfi şəkildə idarə olunmasının təmin edilməsi;
- Sənəd və elektron sənəd dövriyyəsinin qüvvədə olan qanunvericiliyə və daxili prosedurlara uyğun təşkilinə nəzarət;
- İnsan Resursları fəaliyyəti üzrə müvafiq hesabatların, o cümlədən aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- HR proseslərinin effektivliyinin artırılması istiqamətində təkliflərin hazırlanması və müvafiq təkmilləşdirmələrin həyata keçirilməsi.
Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-i emailin mövzu hissəsinə mütləq “İnsan Resursları şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
A
18 Avqust 2026
Əmək münasibətləri üzrə böyük mütəxəssis
Azerbaijan SuperMarket • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
Z
18 Avqust 2026
İR üzrə Biznes Tərəfdaş
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
1800 ₼Müraciət et
A
18 Avqust 2026
İnsan resursları üzrə kiçik mütəxəssis
Azersun Holding • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
18 Avqust 2026
İnsan Resursları üzrə mütəxəssis
Referans CLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
18 Avqust 2026
HR Təcrübə Proqramı
Port Education Center • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
17 Avqust 2026
İnsan resursları üzrə baş mütəxəssis
Cyberpoint • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et