A
Azersun Holding
İnsan resursları üzrə kiçik mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Azərsun Holdinqə daxil olan Xaçmaz Konserv Fabrikində İnsan resursları üzrə kiçik mütəxəssis vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment, Hüquq, İqtisadiyyat və ya digər uyğun ixtisaslar)
- İnsan resurslarının idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür.
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyi üzrə baza bilikləri.
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı.
- Analitik düşünmə, effektiv ünsiyyət və komanda ilə əməkdaşlıq bacarıqları.
- Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- İşçilərin şəxsi işlərinin hazırlanması, komplektləşdirilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsini təmin etmək.
- İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədlərin hazırlanması və rəsmiləşdirilməsi prosesində iştirak etmək.
- Əmək müqavilələrinin və onlara əlavə olunan razılaşmaların hazırlanması və rəsmiləşdirilməsinə dəstək göstərmək.
- İşçilər haqqında məlumatların müvafiq məlumat bazasına daxil edilməsini, mütəmadi yenilənməsini və düzgünlüyünün təmin edilməsini həyata keçirmək.
- İşçilərin məzuniyyət, ezamiyyət və davamiyyət məlumatlarının qeydiyyatını aparmaq.
- Vakansiyalar üzrə elanların hazırlanması və yerləşdirilməsi, namizədlərin ilkin seçim prosesində iştirak etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Xaçmaz rayonu. Xaçmaz rayonunda və ətraf ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə kiçik mütəxəssis Xaçmaz” qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
Z
Bugün
İR üzrə Biznes Tərəfdaş
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
1800 ₼Müraciət et
R
Bugün
İnsan Resursları üzrə mütəxəssis
Referans CLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
HR Təcrübə Proqramı
Port Education Center • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
C
Dünən
İnsan resursları üzrə baş mütəxəssis
Cyberpoint • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
İnsan Resusrsları üzrə mütəxəssis
Business Accounting • Bakı
Tam Ştat
800 ₼Müraciət et
I
14 Avqust 2026
HR Coordinator
IRES • Bakı
Təcrübə
2000 ₼Müraciət et