N
North West
İstehsalat üzrə hesabat mütəxəssisi (Beton prekast istehsalat məmulatları üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Istehsalat üzrə hesabat mütəxəssisi birbaşa Beton prekast istehsalat məmulatları üzrə menecerinə tabedir
- Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasının nəzarəti;
- İstehsal planı ilə faktiki istehsal göstəricilərinin müqayisəli təhlilinin aparılması;
- Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması;
- İstehsal prosesində istifadə olunan materialların , avadanlıqların hesablanması və optimallaşdırılması;
- İstehsal sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
- Keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət departamenti ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması;
- İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
- Texniki problemlərin analizi və həlli, təkmilləşdirmə təkliflərinin hazırlanması;
- Rəhbərlik tərəfindən daxil olan bütün sorğuları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər;
- İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı;
- AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək;
- MS Office proqramları ilə hesabatların hazırlanması bacarığı;
- Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı;
- Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin etmə bacarığı.
Təhsil və təcrübə:
- Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və s.);
- Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi;
- İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “İstehsalat üzrə hesabat mütəxəssisi” başlığı ilə göndərməklə edə bilərsiniz.
Oxşar vakansiyalar
S
11 Sentyabr 2026
Keyfiyyətə Nəzarət üzrə koordinator
STP-BTECH • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
11 Sentyabr 2026
Keyfiyyətə Nəzarət üzrə İnspektor
Almet-STP MMC • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
10 Sentyabr 2026
Dərzi
Rortvest Safety uniform • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
10 Sentyabr 2026
Çöl Reklamı İstehsalı üzrə İstehsalat Rəhbəri
Max Print • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
B
10 Sentyabr 2026
Foto və çap işləri üzrə operator
BEST CLUB • Bakı
Tam Ştat
300 ₼Müraciət et
K
9 Sentyabr 2026
Usta köməkçisi (Mebel İstehsalatı)
Kontakt Home • Bakı
Tam Ştat
550 ₼Müraciət et