S
STP-BTECH
Keyfiyyətə Nəzarət üzrə koordinator
Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili; üstünlük texniki, menecment, standartlaşdırma və metallurgiya istiqamətləri üzrə təhsilə verilir.
- Keyfiyyətə nəzarət sahəsində minimum 4 il iş təcrübəsi.
- ISO 9001:2015 standartı üzrə müvafiq sertifikata malik olmaq.
- ISO/IEC 17025 standartı üzrə sertifikatın olması üstünlükdür.
- Qaynaq işləri və metal konstruksiyalar üzrə biliklər.
- Texniki sənədlərlə işləmə və hesabatların hazırlanması bacarığı.
- Kompüter proqramlarından, xüsusilə MS Office proqramlarından istifadə bacarığı.
- Keyfiyyətə nəzarət və standartlaşdırma üzrə biliklər.
- Texniki sənədlərin və keyfiyyət göstəricilərinin təhlili bacarığı.
- Məsuliyyətli, diqqətli və analitik düşünmə qabiliyyətinə malik olmaq.
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- İstehsal olunan metal konstruksiyaların texniki tələblərə uyğunluğuna nəzarət və təhvil-təslim prosesinin təşkili;
- İstehsalat sahəsində görülən işlərin keyfiyyətinə nəzarət;
- Qaynaq və sinkləmə proseslərinin texniki tələblərə uyğunluğunun yoxlanılması;
- Boya örtüyünün tətbiqi prosesində keyfiyyətinin yoxlanılması və təşkil edilməsi;
- Şöbə daxilində fəaliyyət göstərən inspektorların iş bölgüsünün və fəaliyyətinin təşkili;
- Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, araşdırılması və aradan qaldırılması prosesinə nəzarət;
- Texniki çertyoj, spesifikasiya, standart və layihə tələblərinin icrasına nəzarət;
- İstehsalat, keyfiyyətə nəzarət və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət göstərmək;
İş şəraiti
- İş qrafiki: 09:00–18:00, həftədə 5 iş günü
- İş yeri: Sumqayıt
Biz nə təklif edirik?
- Tibbi sığorta
- Yüksək komanda ruhuna malik iş mühiti
- Peşəkar inkişaf və zəngin iş təcrübəsi əldə etmək imkanı
- Nahar ilə təmin olunma
- Nəqliyyat xidməti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Keyfiyyətə Nəzarət üzrə İnspektor
Almet-STP MMC • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Dünən
Dərzi
Rortvest Safety uniform • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
Çöl Reklamı İstehsalı üzrə İstehsalat Rəhbəri
Max Print • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
B
Dünən
Foto və çap işləri üzrə operator
BEST CLUB • Bakı
Tam Ştat
300 ₼Müraciət et
K
9 Sentyabr 2026
Usta köməkçisi (Mebel İstehsalatı)
Kontakt Home • Bakı
Tam Ştat
550 ₼Müraciət et
A
8 Sentyabr 2026
KT/KN (QA/QC) üzrə sənədlərə nəzarət mütəxəssisi
AZCD Group QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et