A
Almet-STP MMC
Keyfiyyətə Nəzarət üzrə İnspektor
Müsahibə əsasında
Vakansiya haqqında
İş şəraiti
- Ünvan: Sumqayıt şəhəri
- İş qrafiki: Növbəli
- Şirkət tərəfindən təmin olunan üstünlüklər: Servis xidməti və nahar təminatı
Əsas vəzifələr:
- İstehsal olunan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək və yoxlamalar aparmaq;
- İstehsal prosesində yaranan qüsurları vaxtında aşkar etmək və qeydə almaq;
- Hazır məhsul və pəstahların müəyyən edilmiş standartlara uyğunluğunu yoxlamaq;
- Ölçü vasitələrindən istifadə etməklə məhsulların ölçü və texniki göstəricilərini yoxlamaq;
- İstehsal olunan pəstahların uçotunu və hesabatını aparmaq;
- Keyfiyyət yoxlamalarının nəticələrini sənədləşdirmək və müvafiq hesabatlar hazırlamaq;
- Müəssisədə tətbiq olunan standart, texniki şərt və normativ sənədlərlə işləmək;
- Əritmə və istehsal sahələri ilə koordinasiyalı şəkildə keyfiyyətə nəzarəti həyata keçirmək.
Namizədə tələblər:
- Metallurgiya ixtisası üzrə ali təhsil;
- Metallurgiya sahəsində, xüsusilə əritmə sahəsində iş təcrübəsi;
- Məhsulların keyfiyyətinin yoxlanılması və qüsurların aşkar edilməsi bacarığı;
- Standartlar və texniki sənədlərlə işləmək bacarığı;
- Ölçü vasitələrindən düzgün istifadə etmək bacarığı;
- İstehsal və pəstah uçotunun aparılması üzrə bilik və bacarıqlar;
- Hesabatların hazırlanması və sənədləşdirmə bacarığı;
- Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq.
İşə qəbul zamanı üstünlük veriləcək:
- Metallurgiya zavodunda Keyfiyyətə Nəzarət, Texniki Nəzarət və ya İstehsalat sahəsində iş təcrübəsi;
- Əritmə prosesləri və metallurgiya texnologiyası üzrə praktiki biliklər;
- Keyfiyyət standartları və texniki normativ sənədlər üzrə təcrübə
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
S
Bugün
Keyfiyyətə Nəzarət üzrə koordinator
STP-BTECH • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Dünən
Dərzi
Rortvest Safety uniform • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
Çöl Reklamı İstehsalı üzrə İstehsalat Rəhbəri
Max Print • Bakı
Tam Ştat
2000 ₼Müraciət et
B
Dünən
Foto və çap işləri üzrə operator
BEST CLUB • Bakı
Tam Ştat
300 ₼Müraciət et
K
9 Sentyabr 2026
Usta köməkçisi (Mebel İstehsalatı)
Kontakt Home • Bakı
Tam Ştat
550 ₼Müraciət et
A
8 Sentyabr 2026
KT/KN (QA/QC) üzrə sənədlərə nəzarət mütəxəssisi
AZCD Group QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et