O

Oba Market MMC

Son tarix: 18 İyul 2026

Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İstehsalatBakıTam Ştat18 İyun 20263

800

Vakansiya haqqında

Market Şəbəkələrində keyfiyyətə nəzarət üzrə mütəxəssis

Tələblər:

  1. Ali təhsil (Qida mühəndisliyi, Qida təhlükəsizliyi, Biologiya, Kimya və ya əlaqəli sahələr üzrə təhsilə üstünlük verilmək)
  2. Qida təhlükəsizliyi, keyfiyyətə nəzarət və ya audit sahəsində minimum 1-3 il iş təcrübəsinə malik olmaq
  3. Qida Təhlükəsizliyi İdarəetmə Sistemləri (HACCP, ISO 22000 və s.) üzrə biliklərə sahib olmaq
  4. Analitik düşünmə, problem həll etmə və operativ qərarvermə bacarıqlarına sahib olmaq
  5. Komandada işləmək və effektiv kommunikasiya qurmaq bacarığına malik olmaq
  6. Məsuliyyətli, diqqətli və intizamlı olmaq
  7. Avtomobilin olması mütləqdi

Vəzifə öhdəlikləri:

 

  1. Marketlərdə Qida Təhlükəsizliyi İdarəetmə Sisteminin tələblərinin tətbiqinə nəzarət etmək
  2. Qida təhlükəsizliyinin minimal tələbləri ilə bağlı personalın təlimləndirilməsini təmin etmək
  3. Marketlərdə plana uyğun yoxlamaların həyata keçirilməsini təmin etmək və nəticələrə əsasən hesabatlar hazırlamaq
  4. Uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işlərin təşkilini və icrasını izləmək
  5. Personal tərəfindən gigiyenik tələblərə riayət olunmasına nəzarət etmək
  6. Marketlərdə məhsulların istifadə müddətlərinə və yararlılığına nəzarət etmək, müddəti bitmiş və yararsız məhsulların aktlaşdırılaraq rəfdən çıxarılmasını təmin etmək, həftəlik və aylıq hesabatlar təqdim etmək
  7. Məhsulların marketlərdə düzgün saxlanılmasına nəzarət etmək
  8. Marketlərdə mal qonşuluğu prinsipinə riayət olunmasına nəzarət etmək
  9. Tədarükçü müəssisələrdə məhsulların istehsalı, saxlanılması və qablaşdırılması proseslərinin qida təhlükəsizliyi tələblərinə uyğunluğunu və gigiyenik qaydalara riayət olunmasını yoxlamaq
  10. Tədarükçülərin hazır məhsul daşıyan nəqliyyat vasitələrinin sanitar vəziyyətini və daşınma tələblərinə uyğunluğunu yoxlamaq
  11. Tədarükçülərin istehsal sahələrinin sanitar-gigiyenik normalara uyğunluğunu yoxlamaq
  12. Tədarükçülər üzrə audit planlarının razılaşdırılmasını təmin etmək və aidiyyəti şəxslərə hesabatlar təqdim etmək
  13. Standartların tələblərindən irəli gələn digər nəzarət mexanizmlərinin və təlimatların hazırlanmasını təmin etmək
  14. İş fəaliyyəti ilə bağlı birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Oxşar vakansiyalar