M

Matanat A

Son tarix: 3 Sentyabr 2026

Keyfiyyətin İdarə Olunması Şöbəsinin rəhbəri

İstehsalatBakıTam Ştat4 Avqust 2026242

Müsahibə əsasında

Vakansiya haqqında

“Mətanət A” şirkəti Keyfiyyətin İdarə Olunması Şöbəsinin rəhbəri vakansiyasını elan edir

İşin təsviri:

  • Şirkətin keyfiyyət siyasəti, məqsəd və hədəflərinin hazırlanması və İİS-ə inteqrasiyasına rəhbərlik edir;
  • İİS üzrə bütün prosedur, proses xəritəsi, təlimat, forma və digər sənədlərin hazırlanmasını, razılaşdırılmasını, təsdiqini və yayımlanmasını təşkil edir;
  • Şirkətin bütün struktur bölmələrinin sənədlərinin ISO 9001, ISO 45001, ISO 14001 və biznes tələblərinə uyğunluğunu yoxlayır və təsdiq edir;
  • Proseslərin siyahısının, proses sahiblərinin və proses ƏPG-lərinin (KPI-ların) müəyyən edilməsini koordinasiya edir, KİOŞ-a aid göstəricilərə nəzarət edir;
  • İllik daxili keyfiyyət audit planını hazırlayır, bütün proseslər üzrə daxili auditlərin keçirilməsini təşkil edir, nəticələr və DÖF-lər üzrə icraya nəzarət edir;
  • Uyğunsuzluqların (UQ) və düzəldici/önləyici fəaliyyətlərin (DÖF) qeydiyyatı, kök səbəb analizi və icrasının koordinasiyasını təmin edir, UQ/DÖF üzrə elektron və kağız arxivləri idarə edir;
  • İİS üzrə rəhbərlik təhlili üçün məlumatları toplayır, analiz edir və Baş əməliyyat direktoruna illik/rüblük/aylıq hesabatlar təqdim edir;
  • ISO 9001/45001/14001 üzrə xarici auditlərə və sertifikatlaşdırmaya hazırlığı təşkil edir, audit zamanı sertifikatlaşdırma orqanları ilə qarşılıqlı əlaqəni təmin edir;
  • İşçilərin keyfiyyət idarəetmə sistemi üzrə maarifləndirilməsi və təlimlərinin planlaşdırılmasını və keçirilməsini təmin edir, təlimlərin məzmununu təsdiq edir;
  • Məhsul sertifikatlaşdırılması və ölçmə vasitələrinin kalibrlənməsi üzrə fəaliyyətlərin koordinasiyasına nəzarət edir, müvafiq daxili qaydaların və prosedurların hazırlanmasını təmin edir.
  • Şöbə əməkdaşlarının fəaliyyətinə rəhbərlik edir, iş bölgüsü aparır, performansı qiymətləndirir, motivasiyanı və intizam tədbirlərini təşkil edir.
  • Keyfiyyət sahəsində qanunvericilik və standartlarda olan dəyişiklikləri izləyir, zəruri hallarda proseslərə və sənədlərə inteqrasiya olunmasını təmin edir.

Tələblər: 

  • Ali təhsil (ixtisas: iqtisadiyyat və ya idarəetmə yönümlü);
  • Keyfiyyət sahəsində minimum 5 il iş təcrübə;
  • Biznes proseslərinin idarəedilməsi üzrə təcrübə;
  • Azərbaycan dilinin sərbəst bilik səviyyəsi;
  • İngilis dili və Rus dili bilikləri arzuolunandır;
  • MS Office, Visio, Draw.io üzrə sərbəst işləmə bacarığı;
  • Mövcud avtomatlaşdırılmış informasiya sistemləri ilə işləmə bacarığı;
  • Pəşəkar ünsiyyət və yazışma bacarığı;
  • Sertifikatlar: ISO 9001:2015 lead auditor, ISO 9001:2015 İnternal auditor, ISO 19011 Auditing Management Systems, Process Management (BPM – Business Process Management, Documentation & QMS Design Certification.

İş şəraiti:

  • 5 gün, saat 09:00-18:00; 
  • Şənbə və bazar günləri istirahət;
  • Ünvan: Xətai 34 (Luxen Plaza). 

Biz nə təklif edirik: 

  • Əmək haqqı (Razılaşma yolu ilə);
  • Şəhərin mərkəzində ofis;
  • Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar