S

Sinteks Group of Companies

Son tarix: 21 Oktyabr 2026

Kiçik Maliyyə Nəzarətçisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat21 Sentyabr 202651

Müsahibə əsasında

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu Maliyyə nəzarətçisinə satış və xərclərlə əlaqədar uçotun aparılmasında dəstək olmaqdır.

Öhdəlikləri:

Gündəlik əməliyyat və kassaya nəzarət:

  • Gündəlik satışdan daxil olan nəğd və qeyri-nəğd məbləğlərin Excel-də qeydiyyatını aparmaq və bank çıxarışları ilə mədaxilləri üzləşdirmək.
  • Kassa və POS əməliyyatlarının düzgünlüyünü yoxlamaq, nəğd və bank hesabı hərəkətlərini izləmək.

İnvoys və ödəniş qeydiyyatı:

  • Ödənişlərin planlaşdırılması üçün daxil olan bütün invoysların Excel-də qeydiyyatını aparmaq və ödəndikcə yeniləmək.
  • Hər bir mal invoysuna uyğun gömrük və nəqliyyat xərclərinin düzgün şəkildə uçotunu aparmaq.

Bank əməliyyatlarının uçotu və PL qeydiyyatı:

  • Bank vasitəsilə həyata keçirilən bütün ödənişlərin PL (Profit & Loss) excel faylında qeydiyyatını aparmaq.
  • Maliyyə sənədlərinin ilkin yoxlanması və sistemə düzgün daxil edilməsinə nəzarət.

Hesabatların hazırlanmasına dəstək və əmək haqqı qeydiyyatı:

  • Günlük və aylıq hesabatların hazırlanmasında iştirak etmək.
  • Ödənilmiş əmək haqlarına dair məlumatların Excel-də düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.

İnventar və ezamiyyə nəzarəti:

  • Anbar və mağaza qalıqlarını sistemdəki məlumatlarla uyğunluq baxımından izləmək.
  • Ezamiyyə xərclərinin daxili qaydalara uyğun xərclənməsinə nəzarət və sənədləşmənin yoxlanmasında iştirak.

Maliyyə nəzarətçisinə dəstək və sistemlə iş:

  • Maliyyə nəzarətçisinin tapşırıqlarının icrasında və digər gündəlik işlərdə köməklik göstərmək.
  • ERP və satış sistemlərində məlumatların dəqiqliyinin təmin olunmasında iştirak etmək.

Tələblər

Professional biliklər:

  • Maliyyə uçotu və mühasibatlıq üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də maliyyə/mühasibatlıq uçotu, invoys və ödəniş qeydiyyatı, kassa/bank əməliyyatları, P&L faylı, maliyyə sənədləri və/və ya hesabatların hazırlanması üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
  • 1C, ERP və ya digər uçot/maliyyə sistemləri ilə işləmək üzrə praktiki biliklər üstünlükdür (Bu tələb CV-də 1C, ERP, accounting/bookkeeping system, POS/satış sistemi, invoice/payment tracker, maliyyə məlumat bazası və/və ya Excel-based uçot registerləri üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
  • MS Office
  • Rus dili – orta və ya daha yüksək səviyyə, İngilis dili arzuolunandır

Təhsil:

  • Ali təhsil (İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühasibatlıq, və ya əlaqəli sahə üzrə təhsil)

İş təcrübəsi:

  • Maliyyə, mühasibatlıq, kassa/bank əməliyyatları, e-qaimə/ödəniş qeydiyyatı, bank/POS üzləşdirmələri, və/və ya maliyyə hesabatları üzrə iş təcrübəsi üstünlükdür.

Professional bacarıq və kompetensiyalar:

  • Analitik düşüncə
  • Riyazi düşüncə
  • Detallara diqqət
  • Punktuallıq
  • Məsuliyyət

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar