S

STP Global Cable

Son tarix: 21 Oktyabr 2026

Menecer

Maliyyə və MühasibatlıqSumqayıtTam Ştat21 Sentyabr 202657

Müsahibə əsasında

Vakansiya haqqında

“STP GLOBAL CABLE” MMC Maliyyə departamenti üzrə “Menecer” vakansiyası elan edir.

Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün uyğun namizəd:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İstehsalat sahəsi üzrə 5 il, ümumilikdə sahə üzrə iş stajı 7 ildən yuxarı;
  • Azərbaycan dilini sərbəst, ingilis və rus dilini yaxşı səviyyədə bilməli;
  • MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmalı;
  • ACCA, CFA, CIMA, MBA və ya digər peşəkar maliyyə sertifikatlarının olması üstünlükdür;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.

Hansı işləri görəcəksiniz?

  • İllik və uzunmüddətli büdcənin hazırlanması, icrasının monitorinqi və büdcə plan-fakt analizinin aparılmasını təmin etmək;
  • Zavodun istehsalat, satış və investisiya fəaliyyətləri üzrə maliyyə planlamasını həyata keçirmək;
  • Maliyyə hesabatlarının hazırlanmasına və rəhbərliyə vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Şirkətin pul vəsaitlərinin hərəkətini (Cash Flow) idarə etmək və likvidliyi təmin etmək;
  • İstehsalın maya dəyərinin formalaşmasına, məhsul üzrə rentabelliyin və marjanın təhlilinə nəzarət etmək;
  • Vergi, mühasibat uçotu və maliyyə hesabatlılığı üzrə qanunvericilik tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Daxili maliyyə nəzarəti və risklərin idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini təmin etmək;
  • Maliyyə proseslərinin rəqəmsallaşdırılması və ERP sistemləri üzərindən maliyyə məlumatlarının effektiv idarə edilməsini təmin etmək;
  • Maliyyə, mühasibatlıq və digər əlaqəli funksiyaların fəaliyyətini koordinasiya etmək və komandanın idarə olunmasını həyata keçirmək;
  • Şirkətin maliyyə göstəricilərinin yaxşılaşdırılması və biznes qərarlarının maliyyə baxımından əsaslandırılması üzrə rəhbərliyə tövsiyələr vermək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Adekvat əmək haqqı; 
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Menecer” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və eyni zamanda https://stpcareer.com səhifəsinə daxil olmaqla  göndərilməsi xahiş olunur. 

Oxşar vakansiyalar