Courtyard by Marriott Baku
Mühasiblıq üzrə işçi
Müsahibə əsasında
Vakansiya haqqında
Şöbə: MaliyyəŞirkət: “Baku Vinter Park Hotel Company”MMC
Ünvan: M.Füzuli və Ə.Topçubaşov küçələrin kəsişməsi, 300-303
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi:
Xərclər üzrə mühasib məhsul və xidmətlərin istehsalı üçün tələb olunan xərclərin hesablanması və idarə edilməsinə cavabdehdir. Bu vəzifə üzrə əməkdaş istehsal dəyərinin, satış qiymətlərinin və gəlirliliyin müəyyən edilməsində mühasibatlıq modellərindən istifadə etməklə dəqiq maliyyə təhlilləri həyata keçirir.
İşin təsviri:
- Təsərrüfat Şöbəsinin fəaliyyət sistemini və mehmanxanada bütün daxili nəzarət proseduralarını tam anlamaq.
- Təchizat Şöbəsi üçün edilən bütün sifarişlərin Mehmanxananın siyasət və proseduralarına uyğun olmasını təmin etmək.
- Hər anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
- Verilən mallar üçün proseduraya və qoyulan vaxta riayət edilməsinə əmin olmaq.
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
- Təchizat Şöbəsindəki avadanlığın (məsələn, malların ölçülməsi üçün tərəzilər) lazımi vəziyyətdə olduğuna və onlardan düzgün istifadə edildiyinə əmin olmaq.
- Həftə əsasında Qida və İçki xərcləri üzrə hesabat hazırlamaq və Mehmanxananın İdarəetməsinə çatdırmaq.
- Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə Maliyyə Şöbəsinin Müdirinə məlumat vermək.
- Nəğd maaş ödənişləri və mehmanxana ehtiyacları üçün kiçik məbləğli ödənişləri etmək, daxili siyasət və proseduralarına uyğun şəkildə təşkil etmək.
- Gündəlik kassa işləri, seyflərdən kassa zərflərinin toplanması və açılması,hesablanması və bütövlükdə bağlanması.
- Şöbələrin Gündəlik Kassa və Nəğd hesablaşmalarının fiziki auditini təşkil etmək.
- Öz fəaliyyət sahəsində arxivin bütün müvafiq sənədlərlə birlikdə düzgün şəkildə qoruyub saxlamaq və yeniləmək.
Namizədə olan tələblər:
- Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2-3 il iş təcrübəsi;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi üstünlük hesab olunur;
- Maliyyə təhlili, məlumatların idarə edilməsi və kompüter proqramları üzrə yaxşı biliklər;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətlilik, təşkilatçılıq, operativlik və təşəbbüskarlıq;
- Özünüinkişafa və peşəkar inkişaf etməyə meyillilik.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasiblıq üzrə işçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. İstək olunan formatda göndərilməyən müraciətlərə baxılmaya bilər.
Oxşar vakansiyalar
Kredit mütəxəssisi
ASEL Kredit • Mingəçevir
Sabirabad regionu üzrə Portfel keyfiyyətinə nəzarət mütəxəssisi
Bank Respublika ASC • Sabirabad
Menecer
STP Global Cable • Sumqayıt
Kiçik Maliyyə Nəzarətçisi
Sinteks Group of Companies • Bakı
SƏTƏM mütəxəssisi
VERTEX BAKU BUILD MAHDUD MASULIYYATLI CAMIYYATI • Bakı
Auditor
Zeta Group • Bakı