Apar (Bike-Sharing Startup)
Koordinator
Müsahibə əsasında
Vakansiya haqqında
Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.
İş barədə məlumat:
- Ərazi kollektorlarının (operatorların) işinin düzgün təşkili və koordinasiyası
- Kollektor komandası üçün günlük tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət
- Velosiped və skuterlərin şəhər dayanacaqlarında düzgün sayda yerləşdirilməsinin təşkili və gün ərzində nəzarətdə saxlanılması
- Velosiped və skuterlərin gündəlik texniki baxışının təmin olunması və texniki nasazlıqların vaxtında yönləndirilməsi
- Günlük əməliyyat proseslərinin izlənilməsi və hesabatların hazırlanması
- Müştəri məmnuniyyətinin təmin olunması üçün xidmət keyfiyyətinə nəzarət
- Yeni iş proseslərinin hazırlanması və mövcud proseslərin təkmilləşdirilməsi
- Komanda intizamının və iş keyfiyyətinin qorunmasına nəzarət
Tələblər:
- Təşkilatçılıq və idarəetmə bacarıqları
- Analitik düşüncə və problem həll etmə bacarığı
- Operativ qərarvermə və dinamik iş mühitində çalışma bacarığı
- Yüksək səviyyədə şəxsi məsuliyyət və komanda ilə işləmə bacarığı
- İş yükünü effektiv idarə etmə bacarığı
- MS Excel və kompüter bilikləri
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, rus dili biliyi üstünlükdür
- Logistika, əməliyyat və ya koordinasiya sahəsində təcrübə vacibdir
- Şəhəri yaxşı tanımaq üstünlükdür
İş vaxtı: Gecə növbəsi, növbəli iş rejimi – 2 gün iş, 2 gün istirahət, 21.00-09.00
Əmək haqqı: müsahibə zamanı müzakirə olunacaq
Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi email-in mövzu hissəsinə “Koordinator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik CV-siz müraciətlərə baxılmayacaq
Oxşar vakansiyalar
Menecer köməkçisi
HamamBath • Bakı
Zəif Cərəyan və Avtomatika Sistemləri üzrə Layihəçi Mühəndis
North West • Bakı
Məlumatların daxil edilməsi üzrə administrator
Sinteks Group of Companies • Bakı
Mühafizəçi
Alov Muhafize • Bakı
Sənədləşmə üzrə mütəxəssis
Aqromarket Servis MMC • Bakı
İnzibati işlər üzrə koordinator
Construction Equipment Services MMC • Bakı