S

Sinteks Group of Companies

Son tarix: 9 Avqust 2026

Məlumatların daxil edilməsi üzrə administrator

İnzibati İşlərBakıTam Ştat9 İyul 202656

Müsahibə əsasında

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Məlumatların daxil edilməsi üzrə administrator təchizatçıdan alınacaq məhsulların alış sənədlərinin hazırlanmasına, qəbul olunan məhsullar üzrə məlumatların verilənlər bazasına daxil edilməsinə, gündəlik satış hesabatlarının hazırlanmasına cavabdehdir.

Öhdəliklər:

Sifariş sənədlərinin hazırlanması

  • Təchizatçıdan alınacaq məhsulların qiymət və markup təyini prosesində iştirak edir.
  • Alınacaq məhsullar üzrə ERP/1C bazasında sifariş sənədini hazırlayır.
  • Sifariş sənədi əsasında ödəniş sənədini hazırlayır.
  • Ödəniş üçün rəhbərlikdən təsdiq alır. Təsdiq alındıqdan sonra ödənişin həyata keçirilməsi üçün Maliyyə şöbəsinə müraciət edir.
  • Təchizatçılara sifarişlərin barkod və qiymət məlumatlarını özündə əks etdirən sənədləri göndərir.

Qəbul sənədinin hazırlanması

  • Məhsulların Mərkəzi anbarda qəbulu üzrə sənədləri hazırlayır.
  • Məhsulların anbara çatdırılması barədə bildiriş göndərir.
  • Artıq, əskik və ya qüsurlu məhsullar barədə Mərkəzi anbardan məlumat alır.
  • Əskik və ya istehsal qüsurlu məhsullar olduqda kredit-notun alınması üçün təchizatçıya müraciət edir.
  • Daşınma zamanı zədələnmiş məhsullar olduqda kredit-notun alınması üçün daşıma şirkətinə müraciət edir.

Qiymət və valyuta məlumatlarının idarə edilməsi

  • Qiymət artımları və valyuta məzənnələri üzrə məlumatları verilənlər bazasına daxil edir.

Daşınma və ödəniş proseslərinə nəzarət

  • Daşınmaların və ödənişlərin vaxtında icra olunmasını izləyir və yoxlayır.

Xüsusi satış qiymətlərinin tətbiqi

  • Müəyyən məhsul vahidləri üçün PM tərəfindən təqdim edilən markup (MU) məlumatlarını sistemə daxil edir və unikal satış qiymətlərinin tətbiqini təmin edir.

Hesabatların hazırlanması

  • Rəhbərlik tərəfindən tələb olunan hesabatları hazırlayır.

Satış hesabatlarının paylaşılması

  • Bir əvvəlki gün üzrə satış hesabatını (Daily Sales Report) gündəlik olaraq rəhbərlik və mağazalarla paylaşır.
  • Həftəlik iclaslar üçün həftəlik satış hesabatını (Weekly Report) hazırlayır.

Məsuliyyət sahəsi:

  • Sifarişlərini məlumatları
  • Hesabatlar
  • Ödəniş məlumatları

Tələblər

Professional biliklər

  • Satınalma / təchizat haqqında baza biliklər
  • Maliyyə haqqında baza biliklər
  • Səlis İngilis dili biliyi
  • MS Office Programları

Təhsil

  • Ali təhsil (İqtisadiyyat və ya Maliyyə ixtisaslarına üstünlük verilir)

İş təcrübəsi

  • Satınalma / təchizat zənciri sahəsində ən az  1 il təcrübə

Professional bacarıq və səriştələr

  • Biznes kommunikasiyası
  • Zaman idarəetməsi
  • Detal və nəticə yönümlü
  • Analitik bacarıqlar

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar