N
North West
Zəif Cərəyan və Avtomatika Sistemləri üzrə Layihəçi Mühəndis
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
- Binadaxili və sahədaxili zəif cərəyan sistemlərinin (yanğın siqnalizasiyası, təhlükəsizlik siqnalizasiyası, videomüşahidə (CCTV), giriş nəzarəti (Access Control), quruluş-kabel sistemi (SKS), lokal şəbəkə (LAN) və s.) layihələndirilməsinə rəhbərlik etmək və layihələri təsdiqləmək.
- Bina avtomatikası (BMS - Building Management System) və mühəndis sistemlərinin dispetçerləşdirilməsi (mərkəzləşdirilmiş monitorinq və idarəetmə) layihələrinin hazırlanmasını idarə etmək.
- Ventilyasiya, isitmə-soyutma (HVAC), nasosxana və digər mühəndis avadanlıqlarının avtomatlaşdırılması (idarəetmə şkafları, sensor və aktuatorların seçilməsi, idarəetmə alqoritmlərinin tərtibi) üzrə texniki həllərin hazırlanmasını təmin etmək.
- Səsli xəbərdarlıq (yanğın zamanı təxliyə) və ictimai bildiriş (PA) sistemlərinin layihələndirilməsini idarə etmək.
- Videomüşahidə, giriş nəzarəti və periметr mühafizə sistemlərinin texniki tapşırıqlarının hazırlanmasını təmin etmək.
- Server otaqları, telekommunikasiya qovşaqları (kross-otaqlar) və data-mərkəzlərin texniki həllərini hazırlamaq.
- Zəif cərəyan və avtomatika xətlərinin trasslarının seçilməsi və digər bölmələrlə (memarlıq, konstruksiya, elektrik, su-kanalizasiya, mexanika) koordinasiyasını həyata keçirmək.
- Layihələrin SNiP, SP, AzDTN və digər müvafiq normativ sənədlərə uyğun hazırlanmasına nəzarət etmək.
- Dövlət qurumları (o cümlədən müvafiq nəzarət və mühafizə orqanları) və sifarişçilərlə layihələrin razılaşdırılması prosesində iştirak etmək.
- Tikinti mərhələsində layihə müəllif nəzarətini həyata keçirmək, avtomatika sistemlərinin pusk-nizamlama (commissioning) işlərinə texniki dəstək vermək.
- Komanda üzvlərinin işinə texniki rəhbərlik etmək, layihə sənədlərinin yekun keyfiyyətinə cavabdeh olmaq.
Tələblər
- AutoCAD və REVİT proqramlarında sərbəst işləmə bacarığı; avtomatika sxemlərinin tərtibi üçün müvafiq proqram təminatı (məs. EPLAN, CODESYS və s.) ilə iş təcrübəsi üstünlükdür.
- Texniki sənədlərin hazırlanması üçün Word və Excel.
- Yanğın siqnalizasiyası, videomüşahidə, giriş nəzarəti, SKS sistemləri, həmçinin bina avtomatikası (BMS), PLC və SCADA sistemləri üzrə dərin bilik və layihələndirmə təcrübəsi.
- SNiP, SP, AzDTN və digər normativ bazaya (o cümlədən müvafiq beynəlxalq standartlar - EN, TIA/EIA) yüksək səviyyədə bələdlik.
- Komanda idarəetmə, koordinasiya və layihə nəzarəti bacarıqları.
- Azərbaycan və rus dillərində texniki sənədləşmə ilə işləmə bacarığı.
- Telekommunikasiya, informasiya-kommunikasiya texnologiyaları, avtomatika-telemexanika və ya elektrik mühəndisliyi üzrə ali texniki təhsil.
- Sahə üzrə minimum 7–10 il layihələndirmə təcrübəsi, o cümlədən mürəkkəb və xüsusi təyinatlı obyektlərdə.
- Yaşayış binaları, məktəb və bağçalar, sənaye obyektləri, hərbi və strateji obyektlər üzrə layihə təcrübəsi üstünlükdür.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Layihəçi Mühəndis (Low voltage)” başlığı ilə göndərməklə edə bilərsiniz.
Oxşar vakansiyalar
H
Bugün
Menecer köməkçisi
HamamBath • Bakı
Tam Ştat
600 ₼Müraciət et
A
Bugün
Koordinator
Apar (Bike-Sharing Startup) • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Məlumatların daxil edilməsi üzrə administrator
Sinteks Group of Companies • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühafizəçi
Alov Muhafize • Bakı
Tam Ştat
400 ₼Müraciət et
A
Bugün
Sənədləşmə üzrə mütəxəssis
Aqromarket Servis MMC • Bakı
Tam Ştat
—Müraciət et
C
Bugün
İnzibati işlər üzrə koordinator
Construction Equipment Services MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et