C

CasaMia

Son tarix: 19 İyun 2026

Korporativ satış üzrə mütəxəssis

Marketinq və SatışBakıTam Ştat20 May 2026138

Müsahibə əsasında

Vakansiya haqqında

İş barədə məlumat:

  • Korperativ şirkət strategiyasının həyata keçirilməsi;
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;

Tələblər:

  • Yaş: 28-40
  • Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
  • Ümumi satış təcrübəsi 5-8 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
  • Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.

Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis” yazmaqla elektron ünvanına Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar