E
Ecopress
Korporativ satış üzrə mütəxəssis (B2B)
900 ₼
Vakansiya haqqında
İş barədə məlumat:
- Məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
- B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək;
- Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
- Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
- Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
- Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
- Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış planı həcmlərinə riayəti təmin etmək məqsədi ilə monitorinqin həyata keçirilməsi üçün nümayəndəliklərin aylıq və rüblük dövriyyəsinin uçotunun aparılması;
- Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
Tələblər:
- Yaş: 28-40
- Cinsi: Kişi.
- Təhsil: Ali (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
- Ümumi satış təcrübəsi 5-8 il, (korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
- Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan və Rus dili mükəmməl səviyyədə (mətnlərin hər dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
- Problemlərə kreativ biznes yönümlü həllərin tapılması bacarığı;
- Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
- Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
- Analiz, problemlərin həlli və qərarvermə bacarağı;
- Fərdi keyfiyyət tələbləri: Ünsiyyət qurmaq, dəqiqlik, idarəetmə və koordinasiya, analitik düşüncə, komanda ilə işləmək, stressə davamlılıq, satış planlaması.
İş şəraiti:
- İş saatı 09:00-18:00-dək
- Həftədə 5 günlük iş qrafiki
- Nahar vaxtı 13:00-14:00-dək
- Əmək haqqı: 900-1000 (+ bonus) AZN
Tələblərə cavab verən namizədlərdən şəkilli CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ satış üzrə mütəxəssis” yazmaqla elektron ünvanına Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
A
Bugün
Kiçik mütəxəssis
ADY Express • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Kateqoriya mütəxəssisi
Aqrar İnnovasiya və Təchizat Şirkəti • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
İcarə və satış üzrə nümayəndə
Caspian Services Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Satıcı-kassir
TAİS İKF • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
AVT Group • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
H
Bugün
Tibbi nümayəndə
HB Co Ltd • Bakı
Tam Ştat
700 ₼Müraciət et