P
PASHA Bank
Kreditlərin bərpası departamentinin Rəqəmsal hard collection qrupunun Kiçik mütəxəssisi
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Problemli kreditlərlə iş üzrə hazırlanmış metodologiya və prosedurlara əsasən işin icrası;
- Sonrakı bərpa proseslərinin həyata keçirilməsi (Rəqəmsal KOS və Fərdi Bankçılıq);
- Problemli kreditlərin idarə olunması və effektiv həll yollarının tətbiqi;
- Kreditlərin restrukturizasiyası və bərpası;
- Ödənişi gecikdirilmiş kreditlərlə bağlı problemlərin həll edilməsi məqsədilə fəaliyyət planlarının hazırlanması və icrasında fəal iştirak;
- Müştərilərlə mütəmadi olaraq əlaqə saxlanılması və gecikmə səbəblərinin müəyyənləşdirilməsi (bank daxili görüşlər, biznes və ev ünvanlarına baxışlar, telefon zəngləri, mesajlar və s. vasitəsilə);
- Müştərilərin davranışlarına nəzarət və onların təhlili;
- Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi;
- Problemli kreditlərin bərpası prosesində restrukturizasiya planlarının hazırlanması və tətbiqi;
- Problemli kreditlərin bərpası məqsədilə rəsmi bildirişlərin göndərilməsi üçün proseslərin başladılması;
- Məhkəmədən kənar təminatların satışının icrası;
- İcraatın hüquqi mərhələyə keçməsi halında mütəmadi olaraq statuslar barədə məlumatın əldə olunması;
- Məhkəmədən kənar təminatların (aktivlərin) satışının icrası;
- Mövcud qaydalar və prosedurlar çərçivəsində işin aparılması və konfidensiallığın qorunması;
- Daxili normativ sənədlərlə tanışlıq və onların tələblərinə riayət olunması;
- Komanda ilə effektiv əməkdaşlıq və müştəri yönümlü yanaşmanın təmin olunması;
- İlkin mərhələdə müştərinin maliyyə vəziyyətinin təhlili, qiymətləndirilməsi və bərpa strategiyasının müzakirəsi;
- Şöbənin fəaliyyətinin nəticələri barədə səlahiyyətli şəxslərə hesabat vermək (yığımla bağlı hesabat və s.);
- Kreditlərin bərpası üzrə imkanların davamlı olaraq təkmilləşdirilməsi.
Tələblər
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
- İş təcrübəsi: Kreditlərin bərpası, kredit (satış), risk, kredit monitorinqi, kredit anderaytinqi üzrə minimum 1il arzu olunandır;
- Xarici dil: İngilis dili (B2 səviyyə) və ya Rus dili (B2 səviyyə);
- Kompüter bilikləri: Microsoft Office proqramları üzrə biliklər;
- Başqa tələblər: Güclü ünsiyyət qabiliyyəti və münaqişələrin həlli bacarıqları.
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
O
Bugün
Finance Analyst
OBA marketlər şəbəkəsi • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
U
Bugün
Modullar üzrə kiçik mütəxəssis
U and R Company • Şəki
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
V
Bugün
BMHS (İFRS) və Maliyyə Nəzarəti Şöbə Müdiri
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Kommersiya üzrə Kreditləşmə sahəsi, Funksional Sahə Lideri
PASHA Bank • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Mühasib
AMS Group LLC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
E
Bugün
Maliyyə üzrə aparıcı mütəxəssis
Embawood • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et