Hayat Group MMC
Layihə və Tender Meneceri (Beynəlxalq İnşaat Layihələri)
4000 ₼
Vakansiya haqqında
Peşəkar Mühit: Beynəlxalq standartlara uyğun iş prosesi və idarəetmə komandası.
Karyera İnkişafı: Genişmiqyaslı tikinti layihələrində strateji qərarvermə prosesində iştirak.
Əmək haqqı: Namizədin təcrübəsinə uyğun olaraq, bazar ortalamasından yüksək və performans əsaslı bonuslar.
Tələblər:
Tender Monitorinqi və Analizi: Yerli və beynəlxalq platformalarda (World Bank, ADB, EBRD, dövlət satınalmaları və s.) şirkətin profilinə uyğun tenderlərin mütəmadi axtarışı və texniki-iqtisadi qiymətləndirilməsi.
Sənədləşmə və Təklif Paketinin Hazırlanması: Tender şərtlərində tələb olunan bütün hüquqi, texniki və maliyyə sənədlərinin (RFP, RFQ, ITB) ingilis və Azərbaycan dillərində yüksək keyfiyyətlə hazırlanması.
Sifarişçi ilə Əlaqələr: Tenderöncesi və layihə icrası zamanı Sifarişçi (Client) ilə keçirilən "site visit" (ərazi baxışı) və aydınlaşdırma iclaslarında şirkəti peşəkar səviyyədə təmsil etmək.
Müqavilə Menecmenti: İmzalanmış müqavilələrin şərtlərinə (Xüsusilə FIDIC və digər beynəlxalq standartlar) nəzarət, dəyişiklik sifarişlərinin (Variation Orders) idarə olunması.
Təchizat Zənciri və Subpodratçılar: Potensial subpodratçıların araşdırılması, onlarla ilkin danışıqların aparılması, qiymət təkliflərinin alınması və müqavilə şərtlərinin razılaşdırılması.
Maliyyə və Büdcə Nəzarəti: Layihənin pul axınına (cash flow) nəzarət, xərclərin büdcə daxilində qalmasını təmin etmək və maliyyə risklərini idarə etmək.
Oxşar vakansiyalar
Kiçik mütəxəssis
ADY Express • Bakı
Kateqoriya mütəxəssisi
Aqrar İnnovasiya və Təchizat Şirkəti • Bakı
İcarə və satış üzrə nümayəndə
Caspian Services Group • Bakı
Satıcı-kassir
TAİS İKF • Bakı
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
AVT Group • Bakı
Tibbi nümayəndə
HB Co Ltd • Bakı