A
AT - Geotech MMC
Layihələrin koordinasiyası üzrə menecer - AT - Geotech MMC
Müsahibə əsasında
Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
- Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
- Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
- Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
- Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
- Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
- İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
- Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
- Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
- Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
- Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
- Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
- Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə;
- MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı;
- Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı;
- Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı;
- Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
- Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət bacarıqları.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri
- İş qrafiki: 6 günlük
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Layihələrin koordinasiyası üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
F
Direktor köməkçisi
Fostanpak MMC
BakıTam Ştat
1000 ₼Bugün
D
Ofis meneceri
Dörd Qardaş MTK
BakıTam Ştat
800 ₼Bugün
U
Ofis Meneceri
UPGRADE CONSTRUCTİON
BakıTam Ştat
600 ₼Bugün
D
Layihə Koordinatoru / Meneceri
Delta Kid
BakıTam Ştat
400 ₼Bugün
T
Office Manager / Business & Consulting Support
TWC Management Consulting
BakıTam Ştat
Müsahibə əsasında31 Oktyabr 2026
G
Proje müdiri
Gül Yapı İnşaat
BakıTam Ştat
3000 ₼31 Oktyabr 2026
