N
NewCond
Marketinq Mütəxəssisi (Rəqəmsal yönümlü)
1200 ₼
Vakansiya haqqında
Vəzifənin məqsədi:
- Şirkətin təmsil etdiyi brendlərin tanıtımını, məhsul və xidmətlərin təqdimatını təmin etmək, izləyici kütləsini artırmaq və müştəri ilə rəqəmsal ünsiyyəti gücləndirmək.
Vəzifə Öhdəlikləri
- Performance Marketinq: Meta Ads, Google Ads və TikTok reklam kampaniyalarının strategiyasının qurulması, icrası, idarə edilməsi və optimizasiyası
- Partnyor və Şəbəkə İdarəedilməsi: Diler, diler şəbəkələri və korporativ partnyorlarla birgə rəqəmsal marketinq fəaliyyətlərinin, ortaq kampaniyaların və ko-branding layihələrinin əlaqələndirilməsi və idarə olunması.
- Büdcə Planlaması: Aylıq və rüblük rəqəmsal reklam büdcələrinin planlaşdırılması, xərclərin bölgüsü, kanallar arası optimizasiyası və effektivliyinin izlənilməsi.
- Tədbir və Kampaniya Dəstəyi (Extra Effort): Şirkətin iştirak etdiyi sərgilər, diler görüşləri, yeni məhsul təqdimatları və böyük satış kampaniyaları (məsələn: Yeni il, Black Friday və s.) zamanı əlavə resurs və vaxt sərf edərək (extra effort) rəqəmsal dəstəyin, xüsusi səhifələrin və reklamların vaxtında işə salınmasının təmin edilməsi.
- Analitika və İzləmə: GA4, Google Tag Manager, Meta Pixel və Conversion API inteqrasiyalarının qurulması, həmçinin Google Search Console vasitəsilə SEO performansının izlənilməsi.
- Metrik Nəzarəti: CTR, CPC, CPL, CPA, ROAS və digər əsas performans göstəricilərinin gündəlik və aylıq izlənməsi, rəqabətli mühitdə Google Ads Auksion İnsights analizi. Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq.
- Auditoriya və Strategiya: Hədəf kütlələrin seqmentləşdirilməsi, remarketing/retargeting kampaniyalarının təşkili və bazar tendensiyalarının təhlili.
- Kreativ İdarəetmə: Kontent komandası üçün reklam yönümlü brieflərin hazırlanması, veb-sayt və landing page-lərin optimizasiyası üzrə tövsiyələr.
- Hesabatlılıq: Aylıq rəqəmsal marketinq hesabatlarının hazırlanması və büdcənin effektivliyinin artırılması istiqamətində təkliflərin verilməsi.
Namizədə Tələblər
- Marketinq sahəsində minimum 2il rəqəmsal üzrə minimum 1il praktiki iş təcrübəsi (Middle səviyyəyə uyğun olaraq müstəqil qərar qəbul etmə və büdcə idarəetmə bacarığı).
- Meta Ads Manager və Google Ads platformalarında sərbəst, peşəkar səviyyədə işləmə təcrübəsi.
- B2B şəbəkələr, diler kanalları və ya partnyor münasibətləri istiqamətində marketinq fəaliyyətlərinin idarə olunmasında təcrübə.
- GA4, Google Tag Manager və Pixel/Conversion API quraşdırmalarında dərindən praktiki biliklər.
- Büdcə planlaması, xərclərin optimizasiyası və reklam metriklərinin Excel / Google Sheets vasitəsilə analizi.
- Çoxsaylı layihələri idarə etmək bacarığı, intensiv iş qrafikinə və tədbir dövrlərində çevik (flexible/extra effort) iş rejiminə uyğunlaşma.
- Analitik düşüncə, detallara diqqət və nəticəyönümlü yanaşma.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət, texniki materialları oxumaq üçün səviyyədə İngilis dili.
- E-commerce və B2B lead generation layihələrində işləmiş olmaq (klimatik avadanlıqlar və ya texniki məhsul sektorunda təcrübə əlavə üstünlükdür).
- SEO prinsipləri və baza səviyyəsində optimizasiya bilikləri.
Biz Nə Təklif Edirik?
- Real və geniş miqyaslı Çin brendləri ilə B2B/B2C layihələr üzərində işləmək imkanı.
- Peşəkar inkişaf, rəqəmsal alətlər üzrə təlimlər və dinamik öyrənmə mühiti.
- Görülən işlərin nəticəsinə və performansa əsaslanan inkişaf perspektivi.
- Dinamik, səmimi və nəticəyönümlü komanda ilə işləmək mühiti.
- Korporativ nömrə şirkət tərəfindən təmin edilir
- Əyləncəli mühitdə team buildinglər
Əmək şəraiti:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı:
- 1200-1500 Azn
İş yeri:
- Bakı şəhəri, Əhməd Rəcəbli (Aynalı Plaza)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində və ya [email protected] email ünvanına ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
F
Bugün
Satış Meneceri
Fresh Drop MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
K
Bugün
Korporativ kommunikasiya layihələri üzrə mütəxəssis
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Satış məsləhətçisi
Prime Accessories Mağazalar Şəbəkəsi • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Bugün
Satış məsləhətçisi
PRIME Mağazalar Şəbəkəsi • Bakı
Tam Ştat
450 ₼Müraciət et
C
Bugün
Satış Meneceri
Company • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
Bugün
Sales Representative, In-Person Position (American English Required)
PITS Global Data Recovery Services • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et