S

Sinteks Group of Companies

Son tarix: 4 Sentyabr 2026

Məlumatların daxil edilməsi üzrə administrator

İnzibati İşlərBakıTam Ştat4 Avqust 2026174

Müsahibə əsasında

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan 

Vəzifənin təsviri

  • Bu vəzifənin rolu sifariş edilmiş məhsullar haqqında məlumatları sistemə və məlumat bazasına daxil etməkdir.
  • Vəzifənin əsas məqsədi sifariş, idxal, qiymət əmsalı (MarkUp), məzənnə və satış qiyməti ilə bağlı məlumatların düzgün, vaxtında və sistemli şəkildə qeydiyyatını təmin etməkdir.

Öhdəlikləri:

Sifariş və məhsul məlumatlarının daxil edilməsi

  • Sifariş edilən məhsullar üzrə məlumatları əldə edir və sistemə daxil edir.
  • Məlumatların tam və düzgün daxil edilməsini təmin edir.
  • Daxil edilən məlumatlarda uyğunsuzluq aşkar etdikdə rəhbərinə məlumat verir.

İdxal məlumatları və logistika bildirişləri

  • İdxal olunacaq məhsullara dair məlumatları əldə edir, sistemə daxil edir və logistika şöbəsini məlumatlandırır.
  • İdxal məlumatlarının vaxtında sistemə işlənməsini və aidiyyəti tərəflərə ötürülməsini təmin edir.

Qiymət əmsalı və satış qiymətinin formalaşdırılması

  • Təsdiqlənmiş qiymət əmsalını (MarkUp) idxal olunan məhsullara tətbiq edir.
  • Təsdiqlənmiş məzənnəyə uyğun satış qiymətinin formalaşdırılmasını həyata keçirir.
  • Qiymət dəyişiklikləri ilə bağlı məlumatların sistemdə yenilənməsini təmin edir.

Məlumat bazasının yenilənməsi

  • Məlumat bazasında məlumatları yeniləyir.
  • Sifariş, qiymət və məhsul məlumatlarının sistemli saxlanılmasına dəstək göstərir.
  • Məlumatların düzgünlüyünün yoxlanılması üçün tələb olunan cədvəlləri və qeydləri yeniləyir.

Məsuliyyət sahəsi:

  • Sifarişlər, çatdırılma sənədləri və məhsul məlumatlarının sistemə daxil edilməsi
  • Qiymət əmsalı (MarkUp) və valyuta məzənnəsi üzrə məlumatların işlənməsi
  • Satış qiymətlərinin formalaşdırılması üçün məlumat dəstəyi
  • Məlumat bazasının yenilənməsi və məlumatların düzgünlüyünün qorunması

Tələblər

Professional biliklər:

  • MS Office, xüsusilə Excel proqramı, cədvəllər, hesabatlar və məlumatların daxil edilməsi ilə işləmək bacarığı.
  • Məlumatların sistemə və ya məlumat bazasına daxil edilməsi, cədvəllərlə işləmə və məlumatların düzgünlüyünün yoxlanılması üzrə praktiki biliklər. (Bu tələb CV-də məlumatların daxil edilməsi, sifariş, məhsul, qiymət, MarkUp, məzənnə, satış qiyməti, hesabat və ya məlumat bazası ilə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir)
  • İngilis dili biliyi: A1 və yda daha yükəsk səviyyə arzuolunandır
  • 1C və ya oxşar məlumat bazası sistemlərində işləmə bacarığı

Təhsil:

  • İqtisadiyyat, maliyyə, mühasibatlıq, biznesin idarə edilməsi, satış əlaqələri, məlumatların idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil.

İş təcrübəsi:

  • Məlumatların daxil edilməsi, operator, inzibati dəstək, satış dəstəyi, sifariş, məhsul, qiymət məlumatları, hesabat və/və ya ofis sənədləri ilə iş üzrə ən azı 1 il iş təcrübəsi.
  • Operator, məlumatların daxil edilməsi, məlumat bazası, sifarişlərin qeydiyyatı və ya inzibati sənədləşmə üzrə iş təcrübəsi.
  • Məhsul, sifariş, qiymət, MarkUp, məzənnə, satış qiyməti və ya məhsul məlumat bazası ilə iş təcrübəsi.

Professional bacarıq və kompetensiyalar:

  • Detallara diqqət və nəticə yönümlülük
  • Analitik düşüncə
  • Komanda ilə işləmə bacarığı
  • Məlumatlarla dəqiq və sistemli işləmə bacarığı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar