G
Gilan Seramik
Elektrik Mühəndisi
1300 ₼
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
- PLC və inverter bilikləri – əsas anlayışlara sahib olmaq, sadə proqramlama və backup işlərini icra etmək bacarığı.
- Rele mühafizə sistemləri – dərindən tanışlıq və praktiki iş bacarığı. Elektrik dövrəsi sxemlərini oxuma bacarığı
- Elektrik təmir sexində işlərin təşkili – hissələrin təmiri və ya bərpasının təşkil edilməsi.
- Təmir edilmiş hissələrin sınağı – yoxlamaların aparılması və yararlı hissələrin anbara təhvil verilməsi işlərinin təşkli
- Gündəlik təmir hesabatları – Günlük və Aylıq təmir hesabatlarının işlənilməsi.
- Qəza və təxirəsalınmaz təmir – günün istənilən saatında operativ işlərin təşkili.
- Podratçı təşkilatlarla iş – dəvət edilən servis və podratçıların gördüyü işlərin müvafiq aktlara uyğun təhvil-təslimində iştirak.
- Naryad və sənədləşmə – buraxılış ,hündürlükdə iş və digər kağız işlərində aktivlik, məsuliyyətlilik.
- Qüsur aktlarının hazırlanması – istismara yararsız ehtiyat hissələrinin müvafiq aktlarla silinməsinin təşkili
- Avadanlıqların faydalı iş əmsalı – maşın və avadanlıqların faydalı iş əmsalının artırılması və ya sabit saxlanılması, materialların və iş alətlərinin səmərəli istifadəsinə nəzarət.
- Ehtiyat hissələri anbarının izlənilməsi, azalan ehtiyat hissələrinin sifarişi üçün təklifin verilməsi
- Sifariş edilən hissələrin (yerli və ya xarici təchizat) anbara qəbulunda iştirak;
Texniki təminat prosedurunun tətbiqi:
- a) Zavod daxili avadanlıqların plana uyğun profilaktik gündəlik, həftəlik və aylıq baxışlarında iştirak. Baxış nəticəsinə uyğun olaraq profilaktik baxış jurnallarının yazılması;
- b) Planlı təmir hesabatının hazırlanmasında iştirak;
Tələblər:
- Ali təhsil (Elektrik Mühəndisliyi,Elektronika,Energetika və ya Avtomatika sahələri üzrə)
- Elektrik sahəsində minimum 3 il mühəndis və ya mütəxəssis kimi iş təcrübəsi.
- MS Office və PLC proqramlarında işləmək bacarığı.
- Elektrik sxemləri ilə işləmək bacarığı;
- Yüksək işgüzarlıq qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Təşəbbüskarlıq qabiliyyəti;
- Diqqətli və məsuliyyətli;
- Operativlik;
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 09:00-17:00;
- Əmək haqqı: 1300-1600 Azn;
- Ünvan: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu km
- Uzaq regiondan olan işçi üçün qonaqlama və 3 vaxt yemək qarşılanır.
“Biz peşəkar komanda ilə işləmək, inkişaf etmək və zavodun texniki proseslərinə töhfə vermək istəyən namizədləri komandamıza dəvət edirik”
Müraciətin son tarixi 20.09.2026-ci ildir. Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Elektrik Mühəndisi” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
SƏTƏMM
Ata Pack MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Offshore Mechanic Foreman (local candidates only)
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
I
Bugün
Offshore Mechanic
IRES • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Planlama mühəndisi
Melissa Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
SƏTƏM mütəxəssisi
Avrora • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Hydraulic Engineer
Turan Drilling and Engineering Company • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et