400 ₼
Vakansiya haqqında
XANIM İŞÇİ AXTARILIR
Şirkətimizdə ofis daxilində müxtəlif işlərin təşkili, SMM və rəhbərə inzibati dəstək göstərəcək xanım əməkdaş axtarılır.
Mühasibatlıq biliyi:
Mühasibatlıq üzrə bilik və ya təcrübənin olması arzuolunandır.
Mühasibatlıq sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilə bilər.
Qeyd: İşə qəbul zamanı bütün işləri tam şəkildə bilməyiniz tələb olunmur. İş prosesində vəzifəyə uyğun olaraq bəzi işlər və proqramlar öyrədiləcək.
Əsas tələb — öyrənməyə həvəs, məsuliyyət, dəqiqlik və işə ciddi yanaşmadır.
İşin xarakteri:
Ofis işi + SMM dəstəyi + rəhbərin işlərinin təşkili.
İş zamanı müxtəlif istiqamətlər üzrə tapşırıqlar veriləcək. Buna görə namizədin çevik olması və bir neçə fərqli işi paralel şəkildə idarə edə bilməsi arzuolunandır.
Müraciət etmək istəyən xanımlar CV-lərini göndərə bilərlər.
CV göndərərkən yaş, təhsil, iş təcrübəsi, bildiyiniz proqramlar və SMM üzrə təcrübəniz haqqında qısa məlumat qeyd etməyiniz xahiş olunur.
Tələblər:
• Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək:
* Microsoft Word
* Microsoft Excel
* Microsoft PowerPoint
* Microsoft Outlook
• Google Workspace proqramları ilə işləmə bacarığı:
* Google Sheets
* Google Docs
* Google Slides
* Google Drive
* Google Forms
* Google Calendar
• Sosial media platformaları haqqında anlayış;
• Instagram, TikTok, Facebook və digər sosial şəbəkələrdən istifadə bacarığı;
• SMM sahəsində təcrübənin olması üstünlükdür;
• Post və kontent hazırlamaq bacarığı;
• Foto/video çəkilişlərinə maraq və kamera qarşısında rahat olmaq;
• Ünsiyyət qurmaq və fikrini düzgün ifadə etmək bacarığı;
• Səliqəli, məsuliyyətli və diqqətli olmaq;
• Tapşırıqları vaxtında yerinə yetirmək;
• Təşkilatçılıq qabiliyyətinin olması.
Şəxsi keyfiyyətlər:
• Məsuliyyətli və intizamlı;
• Səliqəli və diqqətli;
• Operativ və çevik;
• Öyrənməyə həvəsli;
• Ünsiyyətcil və pozitiv;
• Verilən tapşırıqları düzgün anlayıb vaxtında icra edən;
• Komanda ilə işləmə bacarığı olan;
• İşinə ciddi və məsuliyyətli yanaşan xanım namizədlər.
Vəzifə öhdəlikləri:
• Rəhbərin gündəlik işlərinin və tapşırıqlarının nizamlanması;
• Verilən tapşırıqların vaxtında, dəqiq və məsuliyyətli şəkildə yerinə yetirilməsi;
• Ofis daxilində sənədlərin, məlumatların və gündəlik işlərin idarə olunması;
• Kompüter və ofis proqramlarından aktiv istifadə;
• Excel və Google Sheets-də cədvəllərin hazırlanması, məlumatların işlənməsi və hesabatların aparılması;
• Word, PowerPoint, Google Docs, Google Slides və Google Drive ilə işləmək;
• E-mail və digər onlayn iş platformalarından istifadə;
• Sənədlərin hazırlanması, sistemləşdirilməsi və arxivləşdirilməsi;
• SMM istiqamətində sosial media hesablarının idarə olunmasına dəstək;
• Sosial media üçün post və digər kontentlərin hazırlanması;
• Hazırlanmış postların sosial şəbəkələrdə paylaşılması;
• Foto və video çəkilişlərinin təşkilində və həyata keçirilməsində iştirak;
• Çəkilişlərdə kamera qarşısında iştirak etmək;
• TikTok platformasında iş saatları ərzində ara-sıra canlı yayımlar açmaq;
• Canlı yayımlarda məhsul/xidmət haqqında məlumat vermək, izləyicilərlə ünsiyyət qurmaq və cəlbedici təqdimatlar etmək;
• Sosial media üçün yeni kontent ideyaları vermək;
• Gündəlik görülən işlər barədə rəhbərliyə məlumat vermək;
• İş prosesində yaranan digər inzibati tapşırıqları yerinə yetirmək.
Oxşar vakansiyalar
Şöbə müdiri
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Planlama üzrə təcrübəçi
METAK • Bakı
Фитнес-менеджер
Crocus Fitness • Bakı
Filial müdiri
Qarant Kredit • Gəncə
İKT layihələr üzrə aparıcı mütəxəssis
PMD Projects LLC • Bakı
Ofis meneceri
Evro İnşaat MMC • Bakı