M

Minvolt MMC

Son tarix: 24 İyul 2026

Operator / Kuryer dəstəyi üzrə əməkdaş

Logistika və TəchizatBakıTam Ştat24 İyun 202623

800

Vakansiya haqqında

Operator / Kuryer dəstəyi üzrə əməkdaş

MinVolt kuryerlər üçün elektrik velosipedlərinin icarəsi, servis xidməti və batareya dəyişmə infrastrukturu təqdim edən e-mobility şirkətidir. Komandamıza kuryerlərlə gündəlik işləyəcək, müraciətləri qəbul edəcək və servis məntəqəsində əsas əməliyyatları idarə edəcək məsuliyyətli operator axtarırıq.

Vakansiya haqqında

 

Operator yeni kuryerlərin qeydiyyatını aparır, zəng və mesajlara cavab verir, problemləri qeydə alır, velosipedlərin verilməsi və geri qaytarılması prosesini idarə edir. Bu vəzifə kuryerlər, servis ustaları və rəhbərlik arasında əsas əlaqə rolunu oynayır.

* İş yeri: Bakı şəhəri, MinVolt servis məntəqəsi;

* Stabil və inkişaf edən şirkətdə iş imkanı;

* Daxili təlim və iş proseslərinin öyrədilməsi;

* Gənc və praktik komanda;

* Əmək haqqı müsahibə əsasında müəyyən olunur;

* İş qrafiki müsahibə zamanı razılaşdırılır;

* Uzunmüddətli əməkdaşlıq və inkişaf imkanı.

 

CV və motivasiya məktubunuzu [email protected] elektron poçtuna yönləndirin.

 

Tələblər:

* Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;

* Rus dili biliyi üstünlükdür;

* Telefon zəngləri və mesajlarla işləmə bacarığı;

* Kompüter, Google Sheets / Excel və sadə CRM sistemləri ilə işləmək bacarığı;

* Diqqətli, məsuliyyətli və nizam-intizamlı olmaq;

* Problemli vəziyyətlərdə sakit qalmaq və həll yönümlü davranmaq;

* Müştəri xidməti, operator, kassir və ya servis sahəsində təcrübə üstünlükdür.

Vəzifə öhdəlikləri:

* Yeni kuryerləri qeydiyyata almaq;

* Kuryerlərə istifadə qaydalarını və xidmət şərtlərini izah etmək;

* Velosipedlərin təhvil verilməsi və geri qəbulunu təşkil etmək;

* Təhvil-təslim sənədlərini düzgün doldurmaq;

* Zənglərə, mesajlara və kuryer müraciətlərinə cavab vermək;

* Kuryerlərin problemlərini qeydiyyata almaq və statusunu izləmək;

* Texniki problemləri ustalara və servis komandasına ötürmək;

* Təmirə göndərilən velosipedlər üzrə məlumatları sistemdə qeyd etmək;

* Ödəniş, gecikmə və ümumi müraciətlər üzrə məlumatları izləmək;

* Gündəlik əməliyyatlar üzrə hesabat aparmaq;

* Servis məntəqəsində nizam-intizamı və proseslərin düzgün getməsini təmin etmək;

* Problemli hallar barədə rəhbərliyə vaxtında məlumat vermək.

Oxşar vakansiyalar