Hayat Group MMC
Process Engineer (Proses Muhendisi)
5000 ₼
Vakansiya haqqında
Vakansiya: Çirkab Suların Təmizlənməsi Qurğusu (WWTP) üzrə Proses Mühəndisi
İş yeri: Karakol şəhəri, Qırğızıstan
Məşğulluq növü: Tam iş günü
Tələblər:
Ali təhsil (Ətraf mühit mühəndisliyi, Kimya mühəndisliyi, Su təchizatı və su təsərrüfatı və ya müvafiq sahə üzrə).
Çirkab suların təmizlənməsi obyektlərində proses mühəndisi və ya növbə rəisi kimi iş təcrübəsi.
Sahə üzrə ən azı 15 illik ümumi iş təcrübəsi (bu təcrübənin minimum 10 ili birbaşa çirkab suların təmizlənməsi qurğularında (WWTP) olmalıdır).
Laboratoriya analizləri və SCADA sistemlərinin iş prinsipləri barədə mükəmməl biliklər.
Rus dilində sərbəst danışıq və yazı bacarığı (mütləqdir).
Yüksək kommunikasiya, komanda idarəetmə və təlim keçmə (müəllimlik) bacarığı, səbirlilik.
Vəzifə öhdəlikləri:
Çirkab suların təmizlənməsi qurğusundakı (WWTP) bütün texnoloji proseslərin idarə edilməsi, monitorinqi və optimallaşdırılması.
Kimya-bakterioloji laboratoriyanın işinin təşkili, analizlərin düzgünlüyünə nəzarət edilməsi və SCADA avtomatlaşdırma sistemi vasitəsilə zavodun idarə olunması.
Təlim və Mentorluq: Sahə üzrə laborantlara, SCADA operatorlarına və işin öyrədilməsi, onlara nəzəri və praktiki təlimlərin keçirilməsi.
Heyət üçün standart əməliyyat prosedurlarının (SOP) və təhlükəsizlik təlimatlarının hazırlanması.
Oxşar vakansiyalar
İnşaat Mühəndisi
Chirag Plaza • Bakı
Elektrik mühəndisi
Respublika Diaqnostika Mərkəzi • Bakı
Mühəndislik üzrə qrup rəhbəri / Mexanik
Dinamo Hotel Baku • Bakı
Planlama mühəndisi
Aqroman • Bakı
İnşaat mühəndisi
“Caspi Gaz” MMC • Bakı
İnşaat mühəndisi
Strata • Bakı