A

ABB ASC

Son tarix: 19 İyul 2026

Rəqəmsal və texnoloji satınalma əməliyyatları şöbəsinin mütəxəssisi

Logistika və TəchizatBakıTam Ştat19 İyun 2026105

Müsahibə əsasında

Vakansiya haqqında

ABB “Rəqəmsal və texnoloji satınalma əməliyyatları şöbəsinin mütəxəssisi” vakansiyası  elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 

Görəcəyiniz işlər: 

  • Rəqəmsal və texnoloji satınalmalar üzrə Satınalma planının hazırlanmasında iştirak etmək və icrasını təmin etmək;
  • Təkliflərin müqayisəli təhlilini aparmaq və ən optimal təklifi rəhbərliyə təqdim etmək;
  • Satınalma zamanı yarana biləcək riskləri əvvəlcədən dəyərləndirmək;
  • Sifarişçi strukturlar ilə birgə satınalma müqavilələrinin şərtlərinin müəyyənləşdirilməsində iştirak etmək;
  • Təchizatçılardan qiymət təkliflərinin alınmasını təmin etmək;
  • Təchizatçılarla işgüzar əlaqələr qurmaq;
  • Satınalma prosedurlarında iştirak edən şirkətlərin sənədlərinin vaxtında və düzgün təqdim olunmasına nəzarət etmək;
  • Bankın resurslarından səmərəli istifadəni təmin etmək;
  • Sahə üzrə qüvvədə olan qayda və təlimatlarla tanış olmaq və onlara əməl etmək.
  • İT avadanlıq, proqram təminatı və lisenziyaların alınması üzrə texniki spesifikasiyaların hazırlanmasında aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
  • Departamentin iş yükündən irəli gələn digər funksiyaları icra etməkdir.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Təchizat zəncirinin idarə edilməsi, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə); 
  • Azərbaycan dilini sərbəst bilən, ingilis və rus dilləri üzrə işgüzar yazışma və ünsiyyət bacarığına; 
  • Satınalma sahəsində minimum 1-3 il iş təcrübəsinə malik (İT və ya rəqəmsal texnologiyalar üzrə təcrübə üstünlükdür); 
  • Tender, kotirovka və təklif sorğularının (RFI/RFQ/RFP) keçirilməsi üzrə ilkin biliklərə; 
  • İT avadanlıqları, proqram təminatları, lisenziyalar və texnoloji xidmətlər barədə ümumi anlayışa;
  • ERP və satınalma sistemləri (SAP Ariba, Microsoft Dynamics 365, və s.) üzrə işləmə bacarığına; 
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilən ; 
  • Analitik düşüncə, problemlərin həlli, məlumatların təhlili və qərarvermə bacarıqlarına ; 
  • Komanda ilə işləmək, effektiv kommunikasiya qurmaq və nəticəyönümlü fəaliyyət göstərmək bacarığına ; 
  • CIPS və ya digər peşəkar sertifikatlarına (üstünlükdür) sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə dax olub portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiyalar