A

Atom Idman Kulubu

Son tarix: 2 Oktyabr 2026

Resepşn

Müştəri XidmətləriBakıTam Ştat29 Avqust 202677

500

Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər

İdman zalına gələn üzvləri və qonaqları gülərüzlə qarşılamaq və qeydiyyat prosesini həyata keçirmək;

Müştərilərə üzvlük paketləri, xidmətlər, kampaniyalar və qiymətlərlə bağlı ətraflı məlumat vermək;

Yeni üzvlərin qeydiyyatını aparmaq, müqavilə və digər sənədləşmə prosesini icra etmək;

Telefon zənglərini, WhatsApp və sosial media üzərindən daxil olan müraciətləri cavablandırmaq və müvafiq məlumat təqdim etmək;

Mövcud üzvlərin müraciətlərini qəbul etmək və operativ şəkildə həllinə dəstək olmaq;

Abunəlik müddətlərini izləmək, vaxtı bitmək üzrə olan üzvlərlə əlaqə saxlamaq və yenilənmə prosesini təşkil etmək;

Gündəlik kassa əməliyyatlarını və ödənişlərin qəbulunu həyata keçirmək;

Müştəri bazasını və CRM sistemini aktual saxlamaq;

Rəhbərlik tərəfindən tələb olunan gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq;

Resepşn və gözləmə sahəsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;

Klubun daxili qaydalarına, xidmət standartlarına və etik davranış prinsiplərinə riayət etmək.


Tələblər

Orta ixtisas və ya ali təhsil;

Müştəri xidməti, resepsiyon, satış və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür;

Azərbaycan dili – sərbəst; Rus bilikləri üstünlük hesab olunur;

MS Office proqramları ilə işləmək bacarığı;

CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür.


İş şəraiti

İş rejimi: Növbəli (idman zalının iş saatlarına uyğun gündüz/axşam növbələri, uyğun olaraq dəqiqləşdirilə bilər)

Oxşar vakansiyalar