Quantwell & Co.
Təcrübə proqramı
750 ₼
Vakansiya haqqında
Quantwell & Co. — Ödənişli Təcrübə Proqramı
Quantwell & Co. haqqında
Quantwell & Co. Böyük Britaniyada fəaliyyət göstərən, Azərbaycan, Gürcüstan, Birləşmiş Krallıq və İsveçrədə ofisləri olan beynəlxalq maliyyə və data konsaltinq şirkətidir.
Biz maliyyə, data, texnologiya və biznes analitikası sahələrində şirkətlərə məlumat əsaslı qərarların qəbul edilməsi, analitik həllərin hazırlanması və biznes proseslərinin təkmilləşdirilməsi üzrə dəstək göstəririk.
Komandalarımız beynəlxalq təcrübəni yerli bazar bilikləri ilə birləşdirərək praktik və nəticəyönümlü həllər təqdim edir.
Fəaliyyətimizi genişləndirdiyimiz üçün Bakı ofisimizdə komandamıza qoşulmaq istəyən istedadlı, motivasiyalı və inkişaf yönümlü tələbə və yeni məzunlar üçün ödənişli təcrübə proqramına qəbul elan edirik.
📍 İş yeri: Xocalı prospekti 37, Bakı
🏢 İş formatı: Ofisdən (On-site)
💼 Proqram: Ödənişli təcrübə
Açıq istiqamətlər
- Data Analytics & Business Intelligence
- Data Science & Machine Learning
- Front-end Development
- Back-end Development
- Finance & Financial Analysis
- Accounting
- Business Analysis
- Sales & Business Development
- Human Resources & Recruitment
Namizədə tələblər
- Universitet tələbəsi və ya yeni məzun olmaq;
- Müraciət edilən istiqamət üzrə baza biliklərinə sahib olmaq;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətli və detallara diqqətli yanaşma;
- Öyrənməyə və peşəkar inkişafa həvəs;
- Komandada effektiv işləmək bacarığı.
Biz nə təklif edirik?
- Ödənişli təcrübə proqramı;
- Real layihələr üzərində praktiki iş təcrübəsi;
- Beynəlxalq komanda və müxtəlif bazarlarla işləmək imkanı;
- Maliyyə, data, texnologiya və biznes sahələrində praktiki bilik və bacarıqların inkişafı;
- Peşəkar mütəxəssislərlə birgə çalışma və öyrənmə imkanı;
- Şirkət tərəfindən nahar təminatı;
- Uğurlu təcrübəçilər üçün gələcək iş və karyera imkanları.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini müraciət etdikləri sahəni e-mail başlığında qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
E-mail başlığı:
Internship – [İstiqamət] – [Ad Soyad]
Məsələn:
Internship – Data Analytics – Ali Mammadov
Quantwell & Co.
Smart Data. Solid Decisions.
Oxşar vakansiyalar
SAP Maliyyə (FI/CO/AA/FM) Modulları üzrə Mütəxəssis / Aparıcı mütəxəssis
Baku Steel Company CJSC • Bakı
Sistem analitiki (İT biznes analitik)
Bank Respublika ASC • Bakı
Senior Automation QA Engineer
BCC SV • Bakı
SOC L2
Azericard • Bakı
Back-end Proqramlaşdırma Funksional sahəsinin Baş Mütəxəssisi
PASHA Bank • Bakı
Senior QA Engineer
BCC SV • Bakı