K

Kontakt Home

Son tarix: 6 Avqust 2026

Satınalma üzrə kiçik mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat6 İyul 2026103

800

Vakansiya haqqında

Təsvir

  • Satınalma fəaliyyətinin həyata keçirilməsi, sifarişlərin icra edilməsi, kargüzarlıq və inzibatçılıq işlərinin görülməsi;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçilməsi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Alınmış məhsul və ya xidmət üzrə keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Aylıq hesabatların hazırlanması və təhlil edilməsi.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dili – səlis, rus dili biliyi – arzuolunandır;
  • Microsoft Office proqramlarında işləmək bacarığı (Word, Excel, Outlook);
  • Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
  • Satınalma sahəsi üzrə əsas hüquqi biliklər;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik, dürüstlük və güclü ünsiyyət bacarığı.

Vakansiya növü - Tam ştat

Əmək haqqı - 800 AZN

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar