Y
Yalama Agropark MMC
Satınalma üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir
- Şirkətin mal, material, avadanlıq və xidmətlər üzrə satınalma proseslərinin effektiv, şəffaf və vaxtında həyata keçirilməsini təmin etmək, optimal qiymət və kommersiya şərtləri əldə etmək, eləcə də etibarlı təchizatçı bazasının formalaşdırılmasında yaxından iştirak etmək.
Əsas Vəzifə Öhdəlikləri:
- Tender və Sorğuların İdarəedilməsi: Tender, RFQ (Qiymət Sorğusu) / RFP (Təklif Sorğusu) sənədlərinin hazırlanması, göndərilməsi və prosesin idarə olunması.
- Təhlil və Seçim: Daxil olan kommersiya təkliflərinin müqayisəli təhlilini aparmaq və ən optimal təchizatçının seçilməsini təmin etmək.
- Danışıqların Aparılması: Yerli və xarici təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə səmərəli danışıqlar aparmaq.
- Bazar Araşdırması: Yerli və beynəlxalq bazarların mütəmadi araşdırılması və şirkət üçün etibarlı təchizatçı bazasının formalaşdırılması.
- Koordinasiya və Nəzarət: Bir neçə satınalma prosesini paralel idarə etmək, gömrük, idxal və logistika proseslərini izləmək və digər struktur bölmələrlə (maliyyə, anbar və s.) effektiv əməkdaşlıq etmək.
Namizədə dair Tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika və ya əlaqəli sahələr üzrə).
- Təcrübə: Satınalma sahəsində minimum 2 il iş təcrübəsi (Yerli və xarici təchizatçılarla iş təcrübəsi mütləqdir).
- Peşəkar Biliklər:
- Müqavilə, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə əsas biliklər.
- İncoterms qaydaları və beynəlxalq satınalma prosesləri haqqında məlumatlılıq.
- İdxal, logistika və gömrük prosesləri üzrə ümumi anlayış.
- Kompüter Bilikləri: MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı. (ERP və ya ixtisaslaşmış satınalma sistemlərində iş təcrübəsi üstünlük hesab olunur).
Dil Bilikləri:
- Azərbaycan dili: Ana dili;
- Rus dili və İngilis dili Minimum B2 səviyyəsi (Üstünlükdür).
Şəxsi Keyfiyyətlər:
- Güclü kommunikasiya və danışıqlar aparmaq bacarığı, analitik düşüncə, rəqəmlərlə işləmə və məlumatları təhlil etmə qabiliyyəti. Detallara diqqətli, məsuliyyətli, nəticəyönümlü olmaq və vaxtı düzgün idarə etmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
"
Bugün
Logistika üzrə mütəxəssis
"FABRİORA GROUP" MMC • Bakı
Tam Ştat
1100 ₼Müraciət et
A
Bugün
E kateqoriyalı sürücü
AzerTunelSuTikinti • Bakı
Tam Ştat
1100 ₼Müraciət et
H
Bugün
Foreign Procurement Specialist
Harvesso • Bakı
Təcrübə
800 ₼Müraciət et
G
Bugün
Sürücü
Guide Services • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Dünən
Sürücü - ekspeditor (Xırdalan)
Azza Gastronom • Bakı
Tam Ştat
900 ₼Müraciət et
G
Dünən
Sənədləşmə üzrə mütəxəssis
GESCO ASC • Bakı
Tam Ştat
700 ₼Müraciət et