F

Faradj

Son tarix: 25 Sentyabr 2026

Satış meneceri

Marketinq və SatışBakıTam Ştat25 Avqust 202658

600

Vakansiya haqqında

Vakansiya: Satış meneceri

Şirkət: Qələm Stationery

Maaş: 600 AZN-dən başlayır

İş yeri: Nizami və 28 May filialları

Qələm Stationery mağazalar şəbəkəsi Nizami və 28 May filiallarında çalışmaq üçün məsuliyyətli, ünsiyyətcil və satış sahəsinə marağı olan əməkdaşlar axtarır.

Filiallar və əlaqə məlumatları:

Nizami filialı

Ünvan: Murtuza Muxtarov küçəsi 179 — İlahiyyat İnstitutunun yanı

Əlaqə nömrəsi: 010 521 93 53

28 May filialı

Ünvan: 28 May metrosunun 2-ci çıxışı

Əlaqə nömrəsi: 055 266 82 55

 

Tələblər:

• Səlis danışıq və güclü ünsiyyət bacarığı;

• Müştərilərlə nəzakətli və gülərüz davranmaq;

• Satış sahəsinə maraq və öyrənmək həvəsi;

• Məsuliyyətli, diqqətli, aktiv və operativ olmaq;

• Punktuallıq və işə ciddi yanaşma;

• Komandada işləmək bacarığı;

• Məhsulları düzgün təqdim etmək və müştərini istiqamətləndirmək bacarığı;

• Satış sahəsində iş təcrübəsi üstünlükdür.

Vəzifə öhdəlikləri:

• Müştəriləri nəzakətlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək;

• Məhsulların xüsusiyyətləri, qiymətləri və istifadə imkanları barədə ətraflı məlumat vermək;

• Müştərinin ehtiyacına uyğun məhsullar təklif etmək;

• Satış prosesini düzgün və operativ şəkildə həyata keçirmək;

• Məhsulların rəflərdə səliqəli yerləşdirilməsini təmin etmək;

• Qiymət etiketlərinin düzgünlüyünə nəzarət etmək;

• Mağazada səliqə və nizam-intizamın qorunmasına dəstək olmaq;

• Məhsul çeşidlərini öyrənmək və yeniliklər haqqında məlumatlı olmaq;

• Komanda ilə birlikdə gündəlik iş prosesində fəal iştirak etmək.

Oxşar vakansiyalar