M

Meta Mühasibatlıq MMC

Son tarix: 14 Oktyabr 2026

Satış Meneceri – VÖEN xidmətləri

Maliyyə və MühasibatlıqBakıYarım Ştat4 Sentyabr 202627

200

Vakansiya haqqında

📢 VAKANSİYA — SATIŞ MENECERİ / VÖEN XİDMƏTLƏRİ ÜZRƏ MÜŞTƏRİ XİDMƏTLƏRİ

VÖEN.az komandamıza müştərilərlə ünsiyyət quracaq, daxil olan müraciətləri cavablandıracaq və xidmətlərimiz haqqında məlumat verərək müştəriləri aidiyyəti üzrə mühasibə yönləndirəcək Satış Meneceri axtarırıq.

🔹 Əsas vəzifələr:
• Müştərilərdən daxil olan zəng və mesajları operativ cavablandırmaq
• VÖEN, vergi və mühasibatlıq xidmətləri ilə bağlı ilkin məlumat vermək
• Müştərinin ehtiyacını müəyyənləşdirərək uyğun xidmətləri təqdim etmək
• Xidmətlər üzrə satış prosesini həyata keçirmək
• Müraciət edən müştəriləri aidiyyəti üzrə mühasibə yönləndirmək
• Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq
• Daxil olan müraciətləri qeydiyyata almaq və nəticəsini izləmək
• Potensial müştərilərlə əlaqə saxlayaraq xidmətlər haqqında məlumat vermək
• Satış planlarının və müəyyən edilmiş göstəricilərin yerinə yetirilməsində iştirak etmək

🔹 Namizədə tələblər:
• Satış və müştəri xidmətləri sahəsinə maraq
• Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
• Güclü ünsiyyət və inandırma bacarığı
• Aktiv, məsuliyyətli və nəticəyönümlü olmaq
• Komandada işləmək bacarığı
• VÖEN, vergi və mühasibatlıq sahəsi üzrə ilkin anlayışın olması üstünlükdür
• MS Office proqramlarını bilmək üstünlükdür
• Satış təcrübəsi olan namizədlərə üstünlük verilir

💰 Əmək haqqı: 200 AZN fiks + bonus
🕐 İş rejimi: Part-time
📍 İş yeri: Neftçilər metro stansiyası yaxınlığı

📩 Müraciət üçün: CV-nizi [email protected] ünvanına göndərin.

📌 Müraciət edən şəxslərin  “Satış Meneceri – VÖEN xidmətləri” qeyd etməsi xahiş olunur.

Oxşar vakansiyalar