B

By Telecom

Son tarix: 13 Avqust 2026

Satış Təmsilçisi (Abşeron Ticarət Mərkəzi)

Marketinq və SatışAbşeronTam Ştat13 İyul 202672

500

Vakansiya haqqında

ByTelecom MMC olaraq böyüməkdə olan komandamız üçün dinamik, ünsiyyətcil və satış sahəsində özünə güvənən Satış Məsləhətçisi axtarırıq!

Öhdəliklər:

  • Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və ehtiyaclarını müəyyən etmək;
  • Şirkətin məhsulları, xidmətləri və kampaniyaları haqqında müştərilərə ətraflı və doğru məlumat vermək;
  • Satış hədəflərini (KPI) vaxtında və effektiv şəkildə icra etmək;
  • Mağazadakı məhsulların vitrin nizamına və təmizliyinə nəzarət etmək.

Tələblər:

  • Təhsil: Ali və ya orta ixtisas təhsili;
  • İş təcrübəsi: Telekommunikasiya, mobil telefon və ya pərakəndə satış sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti (Rus dili biliyi arzuolunandır);
  • Şəxsi keyfiyyətlər: Əla ünsiyyət qurma, aktiv satış və inandırma bacarığı, komandada işləmək istəyi.

Biz Nə Təklif Edirik?

  • Əmək haqqı: 500 azn + satışdan bonuslar (Yüksək qazanc imkanı);
  • Mühit: Müasir, dinamik və mehriban kollektiv;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat.
  • İş yeri. Abşeron Ticarət Mərkəzi

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Satış Məsləhətçisi" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar