A

Avrora

Son tarix: 27 Sentyabr 2026

SƏTƏM mütəxəssisi

MühəndislikBakıTam Ştat27 Avqust 2026132

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Restoranlarda əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • İş yerlərində mövcud riskləri müəyyənləşdirmək və risklərin azaldılması üzrə tədbirlər görmək;
  • Əməkdaşlar üçün SƏTƏM üzrə giriş və dövri təlimatların keçirilməsini təşkil etmək;
  • Təhlükəsizlik qaydaları və prosedurlarının əməkdaşlara düzgün şəkildə çatdırılmasını təmin etmək;
  • Restoranlarda mütəmadi SƏTƏM yoxlamaları aparmaq və aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasını izləmək;
  • Fövqəladə hallar, yanğın təhlükəsizliyi və təxliyə prosedurlarına riayət olunmasına nəzarət etmək;
  • Baş vermiş insident və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və qabaqlayıcı tədbirlər təklif etmək;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
  • SƏTƏM üzrə hesabat və müvafiq sənədləşməni aparmaq;
  • Şirkətin SƏTƏM siyasət və prosedurlarının restoranlarda tətbiqinə nəzarət etmək.

Əsas tələblər ehtiyac olunan bilik və bacarıqlar:

  • SƏTƏM / əməyin mühafizəsi üzrə nəzəri və texniki biliklər;
  • SƏTƏM üzrə sənədləşmə və hesabatlarla işləmək bacarığı;
  • MC Office Proqramları;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Analitik düşünmə qabiliyyəti;
  • Avtomobilin olması üstünlükdür

Tələb olunan təhsil, iş təcrübəsi :

  • Təhsil: Ali bakalavr (Həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə məzun olanlar üstünlükdür)
  • İş təcrübəsi: SƏTƏM sahəsi üzrə 1 ilədək iş təcrübəsi;

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatları: 09:00–18:00;
  • Şəxsi avtomobili olan əməkdaşa yanacaq və amortizasiya xərcləri ödənilir;
  • Karyera və inkişaf imkanları.
  • İş yeri: Bakı, Əhməd Rəcəbli küç.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “SƏTƏM mütəxəssisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar