K
Karabakh Group
Smeta və Tender üzrə Mütəxəssis / Mühəndis
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifənin məqsədi
- Şirkətə daxil olan tikinti, təmir, fit-out və digər layihə sorğularının texniki və kommersiya baxımından təhlilini aparmaq, layihə üzrə real maya dəyərini müəyyənləşdirmək, material, əmək, mexanizm, subpodrat, logistika, sahə və digər xərcləri hesablamaq, risk və əlavə xərcləri nəzərə almaqla şirkətin müəyyən etdiyi profit / margin göstəricilərini tətbiq etmək və yekun kommersiya təklifini şirkətin vahid smeta formatında hazırlamaq.
Əsas vəzifə və öhdəliklər
- Şirkətə daxil olan yeni layihə, tender və kommersiya sorğularını təhlil etmək;
- Layihə sənədlərini, BOQ, texniki tapşırıq, çertyoj və spesifikasiyaları araşdırmaq;
- Layihə üzrə iş həcmlərinin düzgün müəyyənləşdirilməsini və BOQ ilə uyğunluğunu yoxlamaq;
- Hər bir iş növü üzrə real maya dəyərini (Cost Price) hesablamaq;
- Material, əməkhaqqı, mexanizm və avadanlıq, subpodrat, logistika və digər birbaşa xərcləri hesablamaq;
- Təchizat və bazar araşdırması bölməsindən aktual material və xidmət qiymətlərini toplamaq;
- Təchizatçılardan alınmış kommersiya təkliflərini təhlil etmək və qiymətlərin layihə büdcəsinə təsirini qiymətləndirmək;
- Əmək xərclərini iş həcmi, əmək norması, işçi sayı və layihənin icra müddəti əsasında hesablamaq;
- Mexanizm, texnika və avadanlıqlar üzrə tələb olunan xərcləri müəyyənləşdirmək;
- Subpodrat işləri üzrə qiymətləri toplamaq, müqayisə etmək və təhlil etmək;
- Layihənin dolayı xərclərini – sahə xərcləri, mobilizasiya, demobilizasiya, nəqliyyat, idarəetmə və digər əlaqəli xərcləri nəzərə almaq;
- Layihə üzrə Overhead / inzibati xərclərin hesablanmasına daxil ediləcək göstəriciləri müəyyənləşdirmək;
- Layihənin xüsusiyyətlərindən irəli gələn kommersiya və icra risklərini müəyyən etmək;
- Contingency / risk ehtiyatını hesablamaq və smetaya daxil etmək;
- Layihənin Total Cost – ümumi maya dəyərini formalaşdırmaq;
- Şirkətin müəyyən etdiyi Markup / Profit / Margin prinsiplərinə uyğun olaraq yekun satış qiymətini hesablamaq;
- Tender və kommersiya təkliflərini hazırlamaq;
- Hazırlanmış smetaların texniki, kommersiya və riyazi düzgünlüyünü yoxlamaq;
- Smeta hesablamalarında istifadə olunan bütün ilkin məlumatların və qiymət mənbələrinin əsaslandırılmasını təmin etmək;
- Layihə üzrə alternativ texniki və kommersiya həllərinin qiymətə təsirini hesablamaq;
- Tender sənədlərində aşkar olunan uyğunsuzluq, çatışmazlıq və riskləri müəyyən etmək;
- Zəruri hallarda tender sorğuları üzrə RFI / clarification suallarının hazırlanmasında iştirak etmək;
- Bütün layihələr üzrə vahid qiymət və smeta bazasının formalaşdırılmasını və yenilənməsini təmin etmək;
- Əvvəlki layihələrdən əldə edilmiş faktiki qiymət və xərcləri gələcək tenderlər üçün qiymət bazasına daxil etmək;
- Hazırlanmış smetaları və kommersiya təkliflərini müəyyən edilmiş müddətdə təqdim etmək.
Namizədə əsas tələblər
- İnşaat mühəndisliyi, iqtisadiyyat, maliyyə və ya uyğun texniki sahə üzrə ali təhsil;
- Tikinti sektorunda Smeta / Tender / Cost Estimation / Cost Control sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Tikinti işlərinin texnologiyası və icra ardıcıllığını yaxşı bilmək;
- Tikinti layihələrinin smetalarının hazırlanması üzrə praktiki təcrübə;
- BOQ (Bill of Quantities) və texniki spesifikasiyalarla işləmə bacarığı;
- Layihə və çertyojları oxuma bacarığı;
- Tikinti işlərinin həcmlərinin çertyoj və texniki sənədlər əsasında müəyyənləşdirilməsi bacarığı;
- Material, əmək, mexanizm, subpodrat və logistika xərclərinin hesablanması üzrə təcrübə;
- Cost Price, Selling Price, Markup, Gross Margin və Profit anlayışlarını yaxşı bilmək;
- Tender və kommersiya təkliflərinin hazırlanması üzrə təcrübə;
- Bazar qiymətlərini araşdırmaq, müqayisə etmək və qiymət dəyişikliklərini izləmək bacarığı;
- Təchizatçı və subpodratçı kommersiya təkliflərinin qiymətləndirilməsi bacarığı;
- MS Excel – yüksək / peşəkar səviyyə;
- AutoCAD proqramından istifadə və çertyoj oxuma bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə yüksək dəqiqliklə işləmək qabiliyyəti;
- Güclü hesablama və problem həll etmə bacarığı;
- Vaxt məhdudiyyəti altında işləmək və tender son tarixlərinə riayət etmək bacarığı;
- Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət;
- Kommersiya və tender məlumatlarının məxfiliyini qorumaq.
İş şəraiti
- İş Yeri – Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi
- İş rejimi- 5 günlük
- Əməkhaqqı bilik və bacarıqlara əsasən
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
S
Bugün
AutoCAD üzrə Çertyojçu (Draftsman)
Suyum AZ • Bakı
Tam Ştat
600 ₼Müraciət et
D
Bugün
Tikinti layihə rəhbəri
Deluxe Residence MTK • Bakı
Tam Ştat
2500 ₼Müraciət et
C
Bugün
Texniki ofis rəhbəri
Cronos Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Dünən
Çilingər
SQS Group MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Dünən
Çilingər (Slesar) - təmirçi usta
Metal Trade MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Dünən
3 Fazalı elektrik və güc elektronikası mütəxəssisi
Metal Trade MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et