Texno Home
Stoka nəzarət üzrə mütəxəssis
500 ₼
Vakansiya haqqında
Şirkətimizə Daxili Nəzarət Departamentinə məsuliyyətli, diqqətli və analitik düşüncəyə malik əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
* Şirkətə aid 2 mağaza və anbarda mütəmadi sayımların aparılması;
* Məhsulların fiziki sayımını həyata keçirmək və nəticələri sistem məlumatları ilə müqayisə etmək;
* Sayım zamanı aşkar olunan uyğunsuzluqları, çatışmazlıqları və artıq qalıqları müəyyən etmək;
* Sayım nəticələrinə əsasən dəqiqləşdirmə və araşdırmalar aparmaq;
* Məhsulların barkod, seriya nömrəsi və digər identifikasiya məlumatlarının düzgünlüyünü yoxlamaq;
* Mağaza və anbarda məhsulların yerləşmə, saxlanma və qeydiyyat qaydalarına nəzarət etmək;
* Aşkar olunan uyğunsuzluqlarla bağlı müvafiq şöbələrlə əlaqə saxlayaraq səbəbləri araşdırmaq;
* Sayım nəticələri və yoxlamalar üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
* Daxili nəzarət proseslərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
* Şirkətin daxili prosedur və qaydalarına uyğun nəzarət tədbirlərini həyata keçirmək.
Namizədə tələblər:
* Ali və ya orta ixtisas təhsili;
* Sayım, anbar, mağaza nəzarəti və ya daxili nəzarət sahəsində təcrübə arzuolunandır;
* MS Excel proqramında işləmə bacarığı;
* Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma;
* Analitik düşünmə və hesabat hazırlama bacarığı;
* Komandada işləmək və operativ qərar vermək bacarığı;
* Ezamiyyət və mağaza/anbar mühitində işləməyə hazır olmaq.
İş qrafiki:
6 günlük iş həftəsi, şənbə günü 09:00 - 14:00
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyat;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu (subject) hissəsində "Stoka nəzarət üzrə mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiyalar
Sürücü-ekspeditor
Bonamed Azerbaijan • Bakı
Operator / Kuryer dəstəyi üzrə əməkdaş
Minvolt MMC • Bakı
Sürücü
AEM Elektron • Bakı
Təchizat üzrə mütəxəssis / Procurement Specialist
Max Print • Bakı
Shipping & Customs Officer
IRES • Bakı
Gömrük işləri üzrə mütəxəssis təcrübəçi
“EXPORT-İMPORT GROUP” MMC • Bakı