600 ₼
Vakansiya haqqında
İş əsasən şəhər daxilində müxtəlif ünvanlara məhsulların çatdırılmasından ibarətdir. Çatdırılan məhsullar arasında kartriclər, printerlər və müxtəlif IT avadanlıqları yer alır. Bəzi hallarda məhsulların avtomobildən götürülərək müştərinin ünvanına qədər əl ilə daşınması tələb olunur.
Əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq rəsmi əmək müqaviləsi əsasında rəsmiləşdirilir.
Əmək haqqı 600 AZN-dən başlayır. İlk il 6 aydan bir əmək haqqının artırılması nəzərdə tutulur.
Tələblər:
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Sürücülük sahəsində iş təcrübəsi;
- Bakı şəhərini və əsas küçə, prospekt və ünvanları yaxşı tanımaq;
- Yol hərəkəti qaydalarını yaxşı bilmək və onlara ciddi riayət etmək;
- 20–30 kq-a qədər yükü qaldırmaq və daşımaq fiziki imkanına malik olmaq;
- Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Çatdırılmalar zamanı vaxtında və operativ işləmək;
- Avtomobilə və daşınan məhsullara diqqətli münasibət göstərmək.
Vəzifə öhdəlikləri:
Fiat Doblo markalı avtomobillə şəhərdaxili çatdırılmaların həyata keçirilməsi;
Kartric, printer, kompüter və digər IT avadanlıqlarının müştərilərə çatdırılması;
Çatdırılacaq məhsulların avtomobildən götürülərək müştəriyə əl ilə təhvil verilməsi;
Məhsulların daşınması və təhvil verilməsi zamanı onların qorunmasının təmin edilməsi;
Təhvil verilən məhsulların və müvafiq sənədlərin düzgün şəkildə müştəriyə çatdırılması;
Avtomobilin texniki vəziyyətinə və təmizliyinə nəzarət edilməsi;
Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət edilməsi.
Oxşar vakansiyalar
Gömrük işləri üzrə mütəxəssis (Təcrübəçi)
"CASPIAN AS" MMC • Bakı
TIR Sürücüsü
Sahil Transport MMC • Bakı
Baş Təchizat Mütəxəssisi / Senior Procurement Specialist
Qala Group • Bakı
Logistics & Expediting Intern
IRES • Bakı
Anbardar, mal qəbulu
RBaku • Bakı
Satınalma üzrə baş mütəxəssis
Mars Overseas Baku • Bakı