A
Azera Holding
Tekstil üzrə Merçendayzer
700 ₼
Vakansiya haqqında
“AZERA Holdinq”in tərkibində fəaliyyət göstərən “KATAN Tekstil” MMC Tekstil üzrə Merçendayzer vəzifəsinə məsuliyyətli, diqqətli namizədləri komandamıza dəvət edir.
Əsas vəzifələr
- Tekstil məhsullarının vitrin və satış sahəsində şirkətin vizual standartlarına uyğun yerləşdirilməsini təmin etmək;
- Yeni kolleksiyaların, kampaniyaların və endirimli məhsulların düzgün və cəlbedici təqdimatını təşkil etmək;
- Məhsulların qiymət, barkod, ölçü və digər məlumatlarının düzgünlüyünə nəzarət etmək;
- Satış sahəsində məhsul ehtiyatlarını izləmək və çatışmayan məhsullar barədə aidiyyəti şəxslərə məlumat vermək;
- Məhsulların səliqəli və estetik görünüşünü daim qorumaq;
- Mövsümi vitrin konsepsiyalarının hazırlanması və tətbiqində iştirak etmək;
- Müştəri tələbatını və satış tendensiyalarını izləmək, müvafiq təkliflər hazırlamaq;
- Marketinq, satış və anbar şöbələri ilə koordinasiyalı əməkdaşlıq etmək;
- Gündəlik və dövri hesabatları hazırlamaq.
Namizədə dair tələblər
- Tam orta, orta ixtisas və ya ali təhsil; tekstil, ticarət və ya satış sahəsində təhsil üstünlükdür;
- Merçendayzinq, satış və ya pərakəndə ticarət sahəsində 6 ay – 1 il iş təcrübəsi arzuolunandır;
- Müvafiq iş təcrübəsi olmayan, lakin öyrənməyə və inkişaf etməyə həvəsli namizədlərin də müraciətləri nəzərdən keçirilir;
- Azərbaycan dilini sərbəst bilmək; rus dili biliyi üstünlükdür;
- MS Word və MS Excel proqramlarında işləmək bacarığı;
- Elektron poçt və mobil tətbiqlərdən istifadə bacarığı;
- Səliqəli, məsuliyyətli, diqqətli və punktual olmaq;
- Komandada işləmək bacarığı;
- Yüksək estetik zövqə və vizual təqdimat bacarığına malik olmaq.
İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu
- Əmək haqqı: 700 AZN
- İş qrafiki: Tam iş günü
- Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
Şirkət təklif edir
- Rəsmi əmək müqaviləsi;
- Stabil və uzunmüddətli iş imkanı;
- Peşəkar komandada inkişaf və karyera yüksəlişi imkanları;
- Korporativ və rahat iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Tekstil üzrə Merçendayzer” qeyd etməklə, elanda “Müraciət et” düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
A
Bugün
Satış üzrə mütəxəssis
Azera Holding • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Bugün
Aptek satış nümayəndəsi (Bakı / Sumqayıt - Abşeron ray.)
BioHerbal Baku MMC Orzax Azərbaycan • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Bugün
Satış mütəxəssisi
Auto mmc • Bakı
Tam Ştat
600 ₼Müraciət et
S
Bugün
Satış təmsilçisi (ekspeditor)
Steel Company • Bakı
Tam Ştat
800 ₼Müraciət et
L
Bugün
Satış nümayəndəsi
Luisa Wang • Bakı
Tam Ştat
550 ₼Müraciət et
C
Bugün
Korporativ Satış üzrə Koordinator
Caspian Energy Club • Bakı
Tam Ştat
600 ₼Müraciət et