GL ASC
Təlim və inkişaf şöbəsinə mütəxəssis
Vakansiya haqqında
“GL” ASC (Sizin Lombard) Təlim və inkişaf şöbəsinə mütəxəssis (təlimçi) vəzifəsinə işçi qəbulu elan edir.
Şirkət haqqında
2016-cı ildən etibarən fəaliyyət göstərən “GL” ASC, “Sizin Lombard” brendi ilə müştərilərinə çevik və keyfiyyətli xidmət təqdim edir.
Azərbaycanın Bakı şəhəri və bölgələrində yerləşən 52 filialımız vasitəsilə müştərilərimizə qızıl girovu əsasında sərfəli kreditlər əldə etmək imkanı yaradırıq. Şirkətimizin prioriteti müştəri məmnuniyyəti ilə yanaşı, insan kapitalının inkişafını təmin etməkdir.
Biz, işçi heyətimizi gələcək uğurlarımızın təməli hesab edir və aşağıdakı istiqamətlərdə daimi inkişafa önəm veririk:
- İnsan resurslarının idarə edilməsində müasir metodların tətbiqi;
- Kollektivdə motivasiyanın artırılması və biliklərin inkişafı üçün layihələrin həyata keçirilməsi;
- Ədalətli performans dəyərləndirməsi və keyfiyyətli iş mühitinin təmin edilməsi.
Əsas vəzifələr:
- Yeni işə qəbul olunan kredit mütəxəssisləri üçün təlimlərin keçirilməsi;
- Kredit mütəxəssislərinə şirkətin iş prinsiplərinin, kreditləşmə prosesinin və daxili prosedurların öyrədilməsi;
- Müştəri ilə ünsiyyət və xidmət standartları üzrə praktiki təlimlərin təşkili;
- Təlim materiallarının hazırlanması və yenilənməsi;
- Təlim iştirakçılarının bilik və bacarıqlarının qiymətləndirilməsi;
- Təlim nəticələrinin təhlili və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi.
Namizədə tələblər:
- Təlimçi kimi iş təcrübəsi;
- Təqdimat və ünsiyyət bacarıqları;
- Auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı;
- Məlumatı sadə və anlaşıqlı şəkildə izah etmək bacarığı;
- Kredit, bank, lombard və ya satış sahəsində təcrübə üstünlükdür.
Oxşar vakansiyalar
İnsan Resursları Əməliyyatları üzrə Rəhbər
PMD Projects LLC • Bakı
İnsan Resursları üzrə menecer
Merkuri BOKT • Bakı
Əməliyyatlar üzrə kiçik mütəxəssis
Xalq Sığorta • Bakı
HR menecer
Merkuri BOKT • Bakı
HR / Recruiter
Portal Games • Bakı
İR əməliyyatları və Əməkhaqqı üzrə mütəxəssis
ASEL Kredit • Bakı