H
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
Təsərrüfat üzrə Supervayzer
Müsahibə əsasında
Vakansiya haqqında
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Təsərrüfat üzrə Supervayzer vakansiyasını paylaşır.
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Şənbə)
Tələblər:
- Ali təhsil (texniki, mühəndislik və ya müvafiq sahə üzrə)
- İstismar və texniki təminat sahəsində minimum 3 il iş təcrübəsi
- İstismar proseslərinin təşkili və idarə olunması üzrə biliklər
- Müqavilələrin icrası və sənəd dövriyyəsinə nəzarət bacarığı
- Büdcə və xərclərin izlənilməsi üzrə anlayış
- Texniki infrastruktur və avadanlıqlar üzrə ümumi biliklər
- Təmir və xidmət işlərinin keyfiyyətinə nəzarət bacarığı
- İllik texniki təminat ehtiyaclarının planlaşdırılması üzrə təcrübə
- Azərbaycan dilini səlis bilmək, rus və ingilis dilini bilmək arzu olunandır
- MS Office proqramlarında işləmək bacarığı
Öhdəliklər:
- İstismar və texniki təminat üzrə mövcud baza və infrastrukturun qorunmasını və inkişafını təmin etmək
- Kompleksin digər bölmələri ilə sıx əməkdaşlıq edərək ehtiyacların vaxtında qarşılanmasını təmin etmək
- İstismar və texniki təminat xərclərinə nəzarət etmək və optimallaşdırma üzrə təkliflər vermək
- Xidmətlərin keyfiyyətli və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək
- İllik istismar və texniki təminat ehtiyaclarının planlaşdırılmasını və koordinasiyasını həyata keçirmək
- Kompleksdə istismar işlərinin icrasına nəzarət etmək və müvafiq yoxlamalar aparmaq
- Xidmətlərin vaxtında, keyfiyyətli və büdcəyə uyğun şəkildə yerinə yetirilməsini təmin etmək
- Müqavilələrin icrası ilə bağlı sənədlərin dövriyyəsinə nəzarət etmək və prosesləri izləmək
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını “Təsərrüfat üzrə Supervayzer, Xankədni Kampus” başlığı ilə göndərsinlər.
Oxşar vakansiyalar
A
Bugün
Kiçik mütəxəssis
ADY Express • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Kateqoriya mütəxəssisi
Aqrar İnnovasiya və Təchizat Şirkəti • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
İcarə və satış üzrə nümayəndə
Caspian Services Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Satıcı-kassir
TAİS İKF • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
AVT Group • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
H
Bugün
Tibbi nümayəndə
HB Co Ltd • Bakı
Tam Ştat
700 ₼Müraciət et