B

Beast Coffee

Son tarix: 21 Oktyabr 2026

Texniki işçi

İnşaat və MemarlıqBakıTam Ştat21 Sentyabr 202646

400

Vakansiya haqqında

Restoranlar şəbəkəmiz üçün gündəlik texniki və təsərrüfat işlərinin həyata keçirilməsini təmin edəcək Texniki işçi axtarırıq.

 

İş yeri: Beast Catering (Ağ şəhər)

İş qrafiki: Tam

Əmək haqqı: Müsahibə əsasında

Tələblər:

Texniki və təmir işləri üzrə praktiki bacarıqlar;

Santexnika, mebel, mexaniki və xırda təmir işlərində təcrübə;

Əl alətlərindən düzgün istifadə etmək bacarığı;

Məsuliyyətli, çevik və operativ olmaq;

Problemi müəyyənləşdirib uyğun həll yolu tapmaq bacarığı;

Restoran və ya iaşə sahəsində texniki iş təcrübəsi üstünlükdür;

Ağ şəhərə yaxın ərazilərdə yaşaması üstünlükdür.

Vəzifə öhdəlikləri:

Restoran ərazisində yaranan xırda texniki nasazlıqların aradan qaldırılması;

Sınmış və ya boşalmış stulların, masaların və digər mebellərin təmiri;

Qapı, pəncərə, ruçka, kilid, menteşə və digər mexaniki hissələrin təmiri və dəyişdirilməsi;

Xırda boya və rəngləmə işlərinin görülməsi;

Restoran daxilində müxtəlif texniki və təsərrüfat işlərinin yerinə yetirilməsi;

Avadanlıq və inventarlarda yaranan xırda nasazlıqların ilkin şəkildə aradan qaldırılması;

Görülən işlər zamanı təhlükəsizlik və iş qaydalarına riayət edilməsi;

Daha mürəkkəb texniki nasazlıqlar barədə məsul şəxsə məlumat verilməsi və zəruri hallarda kənar ustanın işinə nəzarət edilməsi.

Oxşar vakansiyalar