T
TORSİON MMC
Texniki Ofis Rəhbəri (tikinti layihəsi sahəsində)
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimiz infrastruktur və tikinti layihələrinin idarə olunması sahəsində fəaliyyət göstərən peşəkar Texniki Ofis Rəhbəri axtarır.
Şəxsi keyfiyyətlər:
- Liderlik və komanda idarəetmə bacarığı;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Yüksək məsuliyyət və diqqətlilik;
- Planlaşdırma və təşkilatçılıq bacarığı;
- Operativ qərarvermə və nəticəyönümlülük.
İş Şəraiti:
- Unvan: Mərkəzi Ofis
- İş saatı: 09:00 dan-18:00 dək
- Əmək haqqı: razılaşma yolu ilə
Tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi və ya digər müvafiq sahə üzrə);
- Tikinti və ya infrastruktur layihələrində minimum 5 il iş təcrübəsi;
- Layihə-smeta sənədləri, texniki standartlar və normativ tələblər üzrə biliklər;
- AutoCAD, MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Primavera P6 və ya MS Project proqramlarını bilmək üstünlükdür;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis və ya rus dili bilikləri üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Texniki ofisin gündəlik fəaliyyətinin təşkili və idarə olunmasını təmin etmək;
- Layihələr üzrə texniki sənədlərin hazırlanmasına, yoxlanılmasına və dövriyyəsinə nəzarət etmək;
- Layihə-smeta sənədlərinin təhlilini aparmaq və uyğunsuzluqları müəyyən etmək;
- Texniki hesabatların, aylıq və həftəlik icra hesabatlarının hazırlanmasını təşkil etmək;
- Layihə rəhbərləri, sahə mühəndisləri və digər struktur bölmələr arasında koordinasiyanı təmin etmək;
- Podratçı və sifarişçi tərəfindən təqdim olunan texniki sənədlərin ekspertizasını həyata keçirmək;
- Layihələr üzrə dəyişikliklərin (variation order) və əlavə işlərin sənədləşdirilməsinə nəzarət etmək;
- Layihələrdə görülmüş işlərlə bağlı tərtib olunan Forma-2 aktlarının (FIDIC layihələrində IPC) sifarişçi tərəfindən tam təsdiqini həyata keçirir.
- İcra olunan işlərin layihə və normativ sənədlərə uyğunluğunu izləmək;
- Tender sənədlərinin texniki hissəsinin hazırlanmasında iştirak etmək;
- Texniki arxiv və sənəd dövriyyəsi sisteminin effektiv idarə edilməsini təmin etmək;
- Komandaya rəhbərlik etmək, əməkdaşların fəaliyyətini qiymətləndirmək və inkişafına dəstək vermək.
Oxşar vakansiyalar
A
Bugün
Elektrik köməkçisi (Şirvan şəhəri)
Amal Group • Şirvan
Tam Ştat
850 ₼Müraciət et
M
Bugün
Memar-Dizayner
ModulX • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Q
Bugün
İlməkçi (Rigger / Slinger)
Qala Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Usta
Nadiroğlu • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
A
Bugün
Elektrik montyoru
Abşeron Logistika Mərkəzi • Abşeron
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Elektrik ustası (Şirvan şəhəri)
Amal Group • Şirvan
Tam Ştat
1200 ₼Müraciət et