A

Aura Məişət Texnikası MMC

Son tarix: 21 İyul 2026

Texniki Servis Üzrə Mütəxəssis

İnşaat və MemarlıqBakıTam Ştat17 İyun 20261

500

Vakansiya haqqında

Almaniyanın köklü markalarından biri olan Aura GMBH-ın Azərbaycan distribütoru “Aura Məişət Texnikası MMC” böyüyən komandası üçün Texniki Servis Üzrə Mütəxəssis axtarır.

İş şəraiti və təkliflərimiz:

Görülən iş həcminə əsaslanan qazanc sistemi (minimum qazanc həddi + əlavə bonuslar) İş performansınızdan və bacarığınızdan asılı olaraq gəlirinizi limitsiz şəkildə artırmaq imkanı

Rəsmi əmək müqaviləsi

Nahar şirkət tərəfindən təmin olunur

İş prosesində tam öyrədilmə (təcrübəsiz namizədlər üçün də uyğundur, bu şəxslərə şirkət tərəfindən ödənişsiz təlimlər kecirilir)

Peşəkar inkişaf və karyera yüksəlişi imkanı (Baştexnik / rəhbər vəzifələr)

Dinamik və aktiv iş mühiti

 

Müraciət qaydası:

Mövzu hissəsində “Texniki Servis Üzrə Mütəxəssis” qeyd edərək CV-nizi PDF formatında elektron ünvanımıza göndərməyiniz xahiş olunur.

Tələblər:

Texniki sahəyə maraq və öyrənməyə açıq olmaq

Elektrik və ya mexaniki avadanlıqlar haqqında ilkin anlayış arzuolunandır

Müştərilərlə ünsiyyət bacarığı yüksək, gülərüz və səliqəli olmaq

Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq

Vəzifə öhdəlikləri:

Mövcud müştərilərə servis xidmətinin təqdim olunması

Servisə gələn müasir cihazların diaqnostikasını etmək.

Problemli hissələri təmir edərək cihazları yenidən işlək vəziyyətə gətirmək.

Şirkətin xidmət keyfiyyəti standartlarına uyğun olaraq yüksək müştəri məmnuniyyəti qazanmaq, bunun üçün hər bir şəraitin şirkət tərəfindən göstərilməsi

Müştəri məmnuniyyətinin təmin olunması və yaranan problemlərin operativ həlli

Gündəlik görülən işlər barədə rəhbərliyə hesabat təqdim edilməsi

Oxşar vakansiyalar