G

GM Construction

Son tarix: 4 Oktyabr 2026

Topoqraf

İnşaat və MemarlıqBakıTam Ştat4 Sentyabr 202647

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələri üzrə ərazinin topoqrafik-geodezik ölçmə və tədqiqat işlərini həyata keçirmək;
  • Tikinti sahələrinin, binaların, qurğuların və mühəndis kommunikasiyalarının koordinat və yüksəkliklərini müəyyən etmək;
  • Tikinti işlərinin layihə sənədlərinə uyğun olaraq geodezik təminatını həyata keçirmək;
  • Bina və qurğuların oxlarının, bünövrələrinin, kolonlarının, divarlarının və digər konstruktiv elementlərinin layihə koordinatlarına uyğun olaraq yerə köçürülməsini (nişanlanmasını) təmin etmək;
  • Tikinti prosesində konstruksiyaların şaquliliyini, üfüqiliyini, ox və yüksəklik göstəricilərini yoxlamaq;
  • Bünövrə, monolit konstruksiyalar, mərtəbələr və digər tikinti elementləri üzrə geodezik ölçmələr aparmaq;
  • Tikinti işlərinin icrası zamanı faktiki vəziyyətin layihə göstəricilərinə uyğunluğunu yoxlamaq və kənarlaşmaları müəyyən etmək;
  • İcra olunmuş işlər üzrə icraedici geodezik sxemlərin və ölçmə materiallarının hazırlanmasında iştirak etmək;
  • Yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin koordinat və yüksəkliklərini müəyyən etmək və onların faktiki vəziyyətini sənədləşdirmək;
  • Tikinti sahəsində reperlərin, geodezik nişanların və digər ölçmə nöqtələrinin yaradılmasını və qorunmasını təmin etmək;
  • Total Station, GPS/GNSS, nivelir və digər geodezik ölçmə cihazlarından düzgün istifadə etmək;
  • Ölçmə cihazlarının texniki sazlığını və ölçmələrin dəqiqliyini nəzarətdə saxlamaq;
  • AutoCAD və digər müvafiq proqramlarda topoqrafik planların, sxemlərin və ölçmə nəticələrinin hazırlanmasını həyata keçirmək.

Namizədə tələblər:

  • Cins: kişi;
  • Yaş həddi: 25-45;
  • Müvafiq vəzifə üzrə azı 3 il iş təcrübəsi;
  • Ali təhsil (Geodeziya mühəndisliyi üzrə);
  • Məsuliyyətli;
  • Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
  • Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
  • İşgüzar ünsiyyət və komandada işləmə bacarığı;
  • MS Office və Autocad proqramlarını yaxşı səviyyədə bilmək.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • İş rejimi: 6 günlük;
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı razılaşma əsasında.

Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin CV (yalnız Azərbaycan dilində) göndərməkləri və CV-lərində referans ola biləcək şəxsləri Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.

Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar